“Nəriman həmişə kefsiz və qayğılıdır” Qurban Qurbanov Video
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futbolçusu Nəriman Axundzadə ilə bağlı danışıb.
“Qafqazinfo” xəbər verir ki, o, “Sportinfo”ya müsahibəsində futbolçunun tənqidlərə məruz qaldığına görə qayğılı olduğunu bildirib:
“Nərimanın sürəti, fiziki gücü, texnikası, qol duyumu varsa, bu Azərbaycan futbolu üçün uğurdur. Bu futbolçunun potensialını üzə çıxarmaq bizim borcumuzdur. İndi elə bir vəziyyət yaranıb ki, özüm Nərimanla danışmağa ehtiyat edirəm. Düşünürəm ki, buna başqa cür reaksiya verə bilər. Kənardan görünür ki, o, həmişə kefsiz, qayğılıdır. Bu da istər-istəməz ona olan tənqidlərə görədir. Sosial şəbəkələrdə olmuram, amma yazılanları toplayıb baxıram. Nəriman haqqında çox sərt fikirlər yazılır. Mən onun işgüzarlığından son zamanlar çox razı idim. Gəlirdim ki, bazadadır, məşq edir. Amma daimi qayğılıdır. Çox intizamlı uşaqdır. Ölkə xaricinə də getmək istəyir, təklifləri var. Lakin o, mənə də lazımdı. Çempionlar Liqasının əsas mərhələsinə düşməyimizdə ən böyük pay sahiblərindən biri Nərimandır. Ötən il hücumda Juninyo var idi, ÇL-ə düşə bilmədik, amma Nərimanla bunu bacardıq”.
Baxış sayı:100
Bu xəbər 26 Noyabr 2025 16:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















