Icma.az
close
up
RU
Nəriman Mehdixanlının 90 illik yubileyi qeyd olundu Fotolar

Nəriman Mehdixanlının 90 illik yubileyi qeyd olundu Fotolar

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ağstafalı qocaman şair Nəriman Mehdixanlının 90 illik yubileyi qeyd olunub.

“Qafqazinfo” xəbər verir ki, Ağstafa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ağstafa şəhəri, “Yazıçılar Evi”ndə keçirilən yubiley tədbirində RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə strukturlarının rəhbər şəxsləri, yubilyarın yaxınları və sənət dostları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Yubiley tədbirində giriş sözü ilə çıxış edən Seymur Orucov qeyd edib ki, şeirlərini əsasən vətənpərvərlik ruhunda qələmə alan Nəriman Mehdixanlının ağstafalıların, ümumiyyətlə şeir, sənət sevərlərin qəlbində xüsusi yeri var. Onun şeirləri oxucular, gənclər və gələcək nəsillər tərəfindən hər zaman sevilir və seviləcəkdir. Ölkəmizin hər yerində olduğu kimi, Ağstafada da şair və yazıçılara həsr olunan bu cür tədbirlərin təşkili dövlətimizin mədəniyyətə, incəsənətə, eləcə də bu sahənin nümayəndələrinə hər zaman göstərdiyi xüsusi diqqət və qayğını təcəssüm etdirir.

Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri, şair, əməkdar incəsənət xadimi Barat Vüsalın aparıcılığı ilə keçirilən yubiley axşamında Ağstafa Rayon Ağsaqqalar Şurasının sədri Sənan Mustafayev, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair Rəfail İncəyurd, şəhid atası Yaqub İsmayılov, ictimaiyyət nümayəndəsi Sahib Salıfov Nəriman Mehdixanlının həyat və yaradıcılığından geniş bəhs ediblər.

Qeyd olunub ki, 2011-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan sənət adamının “Ürəklərdə iz salam”, “Bənövşə ömrü yaşayırıq”, “Ana təbiətdir ilham mənbəyim”, “Ellər, sözüm əmanət” kimi bir çox şeir kitabları işıq üzü görmüşdür.

Şairlər, Arif Musazadə, Rüfət Axundlu, Vaqif Əli, Mustafa Rasimoğlu, Firdovsi Heydərli, Telman Qəhrəmanlı yubilyarın yaradıcılığıından seçmə parçalar səsləndirib, aşıq Radə, aşıq Ruslan Qasımov isə sözlərinə həsr olunmuş saz havalarını ifa ediblər.

Öz növbəsində Nəriman Mehdixanlı ölkəmizdə mədəniyyət, incəsənət və sənət adamlarına göstərilən bu cür yüksək diqqətə görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya dərinn minnətdarlığını bildirib.

RİH başçısı yubilyarı Ağstafa Rayon İcra Hakimiyyətinin Fəxri Fərman və hədiyyələri ilə təltif edib, onunla xatirə şəkilləri çəkdirilib.










Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 24 İyun 2026 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri