Nəriman qələbədən kənarda qaldı
Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyə Trendyol Super Liqasında VIII turun daha bir oyunu keçirilib.
Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin formasını geyindiyi “Ərzurumspor” öz meydanında “Eyüpspor”u qəbul edib. Gərgin keçən qarşılaşma meydan sahiblərinin 2:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.
Qeydə alınan nəticə:
Türkiyə Trendyol Super Liqası
VIII tur
Ərzurumspor – Eyüpspor 2:0
Qollar: Migel Kardozu, 19, Eren Tozlu, 47
Meydan sahiblərinin heyətində 90 nömrəli forma altında çıxış edən Nəriman Axundzadə matçın iştirak ərizəsində yer alsa da, baş məşqçi ona şans verməyib və həmyerlimiz görüşü ehtiyat oyunçular skamyasında tamamlayıb.
Bu qələbədən sonra xallarının sayını 11-ə çatdıran “Ərzurumspor” turnir cədvəlinin 9-cu pilləsinə yüksəlib. Mövsümdə 7-ci məğlubiyyətini alan “Eyüpspor” isə 3 xalla sonuncu sırada qalıb.
Baxış sayı:96
Bu xəbər 17 Oktyabr 2026 18:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















