Nərimanın MLS klubuna keçəcəyini gözləmirdim, istəyərdim ki, Avropaya getsin
Icma.az, Sportal.az portalına istinadən məlumat verir.
"Qarabağ" və Azərbaycan milli komandasının sabiq futbolçusu Rahid Əmirquliyev Sportal.az saytına açıqlama verib.
O, millimizin forvardı Nəriman Axundzadənin ABŞ-nin “Kolumbus Kryu” klubuna keçidinə şərh verib.
Əmirquliyevin fikrincə, Axundzadə özünü MLS-də yaxşı tərəfdən göstərə bilər:
"Nərimanın MLS klubuna keçəcəyini gözləmirdim. Düzü, istəyərdim ki, Nəriman Avropaya getsin, orada aparıcı klublarda oynasın. Tək onu demirəm, azərbaycanlı digər futbolçuların da Avropaya gedib, bizi orada təmsil etmələrini istəyərdim. Doğrudur, MLS də zəif çempionat deyil. İnanıram ki, Nəriman özünü orada sübut edib, daha yaxşı liqalara keçə bilər. Ona uğurlar arzu edirəm. Ümidvaram ki, hər şey istədiyi kimi alınacaq".
Mirbağırağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 15 Fevral 2026 20:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















