Nərimanov Rayon Prokurorluğu cərimələndi, məhkəməyə üz tutdu
Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.
Dövlət Əmək Müfəttişliyi Xidməti Nərimanov Rayon Prokurorluğunu cərimələyib.
Qaynarinfo-nun məlumatına görə, prokuroluğa İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə cərimə yazılıb.
Bu maddə istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsi ilə bağlıdır.
Maddədə inzibati cəza növü kimi 1000 manatdan 1500 manatadək məbləğdə cərimə nəzərdə tutulur. Nərimanov Rayon Prokurorluğu qərardan məhkəməyə şikayət verib. Şikayətə Nərimanov Rayon Məhkəməsində baxılacaq. Sevinc Quliyeva iş üzrə hakim təyin edilib.
Seyid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 06 Yanvar 2025 16:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















