Nərimanovda 3 otaqlı və 1 otaqlı iki mənzil onlarındır
Icma.az, Azpost portalına istinadən məlumat yayır.
Milli Məclisin deputatı Elman Nəsirov ilk nikahından olan qızının ittihamları ilə bağlı mövqeyini bildirib.
AzPost-un məlumatına görə, deputat “Baku TV”-nin efirində bildirib ki, məişət zəmnində olan bu məsələnin müzakirəsi üçün heç bir motiv yoxdur.
“Əllərində bayraq ediblər ki, deputatın qızı çöllərdə qalıb. Onların ata-babadan 3-4 evləri var. Bu məsələdə heç bir problem yoxdur. Yeri gəlmişkən, Nərimanov rayonunda Firdovsi Məmmədov küçəsində 3 otaqlı və 1 otaqlı iki mənzil onlarındır. Gələn il istifadəyə veriləcək. Mənzillə bağlı heç bir problem yoxdur. Mən özünü bu məsələdə ürəyiyanan kimi göstərənlərə demək istəyirəm: “Gedin öz dərdinizi çəkin. Onların evləri də var, eşikləri də…”
Deputat qeyd edib ki, qızı kimlərsə tərəfindən öyrədilir: “Məqsədləri budur ki, Elman Nəsirov kimi prinsipial adamda necə bir zəif nöqtə tapaq”.
Xatırladaq ki, özünü deputat Elman Nəsirovun qızı kimi təqdim edən qadın atasını ona və anasına heç bir yardım göstərməməkdi ittiham edib.
Videogörüntü böyük rezonans yaradıb.
Paylaş
Baxış sayı:45
Bu xəbər 27 Oktyabr 2025 15:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















