Nərimanovda bina yanır, sakinlər təxliyə edildi Fotolar+Yenilənib
Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Əlicabbar Orucov küçəsində çoxmərtəbəli binada yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Axşam.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
Əlavə məlumat veriləcək.
***
“Qafqazinfo”nun məlumatına görə, binanın altıncı mərtəbəsinin blokunda başlayan yanğın yuxarıya doğru irəlləyir. Bina sakinləri hamısı təxliyə edilib.
***
DİN-dən verilən məlumata görə, Nərimanov rayonu, Əlicabbar Orucov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğınla əlaqədar polis əməkdaşları əraziyə cəlb olunub.
Hadisə yerində insanların təhlükəsiz şəkildə təxliyəsi, ərazinin nəzarətə götürülməsi və yanğınsöndürənlərin maneəsiz fəaliyyətinin təmin edilməsi istiqamətində operativ tədbirlər görülür.
***
Hadisə binanın elektrik xəttindəki nasazlıq səbəbindən baş verib. Yanğının genişlənməsinin qarşısı alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 28 Noyabr 2025 19:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















