Nərimanovda Effekt İnşaat ın binası təhlükə saçır: Avtomobil yararsız hala düşdü VİDEO
Sitat.info saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Nərimanov rayonunda "Effekt- İnşaat"ın binası sakinlər üçün təhlükəyə çevrilib. Uzun müddətdir ki, binanın üz qabığı qoparaq yoldan keçənlərin, həyətdə saxlanılan maşınların üzərinə tökülür.
Bu barədə Sitat.info-ya sakinlər məlumat verib və videofakt göndəriblər.
Görüntülərdən də aydın olduğu kimi, qopan parçalar o qədər böyük və təhlükəlidir ki, avtomobilin şüşəsi parçalanaraq yararsız hala düşüb.
Qeyd edək ki, yaxınlıqda uşaq bağçası var və bu yol valideynlərin, azyaşlıların hərəkət etdiyi yoldur. İllərdir bu vəziyyət belə davam edir, dəfələrlə aidiyyatı qurumlara müraciət edilsə də məsələyə baxılmır. Bu videoda gördüyünüz vəziyyət sonuncu hadisə olsa da, ilk deyil.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Daha ətraflı videodan izləyə bilərsiniz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 27 Aprel 2026 21:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















