Nərimanovda “KATV1” problemi
Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Sosial şəbəkələrdə “KATV1” kabel televiziyası operatorunun göstərdiyi xidmətlə bağlı problem ictimailəşdirilib.
“Yeni Sabah” xəbər verir ki, narazılığını bildirən abunəçinin sözlərinə görə, Nərimanov rayonu ərazisində aparılan texniki işlərdən sonra televiziya xətlərində problem yaranıb. Sakin bildirib ki, nasazlıq səbəbindən tam 1 gün televiziya yayımları kəsilib:
“2 gündür də zəng vurub soruşuram, deyirlər düzəlib. Şikayət edirəm ki, kanallar şifrələnib, cavab verirlər ki, qeydə aldıq, usta gələcək. Artıq 4-cü günə keçib, amma gəlib maraqlanan yoxdur”. pizza hut
Qeyd edək ki, şikayətçi həmçinin bina rəhbərliyinin yalnız “KATV1” ilə müqavilə bağladığını, bu səbəbdən başqa provayderə keçməyə icazə verilmədiyini deyib. Narazı müştəri əlavə edib ki, televizorda yalnız “KATV1”in öz kanalları yayımlanır, digər kanallar isə bağlı qalıb.
Cəlalə Cəlalqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 24 Oktyabr 2026 10:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















