Nərimanovda sakinlər liftsiz qalıb SƏBƏB
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
Bakıda yaşayış binasında liftin işləməməsi sakinlər üçün ciddi problem yaradıb.
Milli.Az xəbər verir ki, söhbət paytaxtın Nərimanov rayonunda, Əliyar Əliyev küçəsi 117 ünvanında yerləşən binadan gedir.
Sakinlərin sözlərinə görə, lift uzun müddətdir nasaz vəziyyətdədir. Əvvəllər yalnız 7-ci və 9-cu mərtəbələrə qədər qalxan lift indi tamamilə sıradan çıxıb və istifadə olunmur.
Bina Müdafiə Nazirliyinin balansında olduğu üçün ərazi üzrə lift xidmətləri tərəfindən texniki baxış aparılmır. Nazirlik isə sakinlərə problemin sentyabr ayına qədər həll olunacağını bildirib.
Qeyd olunur ki, yay aylarında liftin yenilənəcəyi ilə bağlı girişdə elan yerləşdirilsə də, bu vəd hələ də yerinə yetirilməyib.
Müdafiə Nazirliyinin Mətbuat Xidməti məsələ ilə bağlı açıqlamasında bildirib ki, problem nəzarətdə saxlanılır və yaxın vaxtlarda aradan qaldırılması gözlənilir.
Asya
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 08 Aprel 2026 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















