Nərimanovun bu hissəsində səki abadlaşdırıldı FOTOLAR
Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“31 yanvar 2024-cü ildə 1009290 nömrəli müraciətlə Nərimanov rayonu, Təbriz küçəsi 186, Metroparkın yaxınlığında piyadaların rahat hərəkəti üçün səkinin genişləndirilməsi məsələsini qaldırmışdım. 20 oktyabr 2026-cı il tarixinə həmin ərazidə köşkün yeri dəyişdirilib, səki abadlaşdırılıb”.
“Yeni Sabah” xəbər verir ki, bu barədə nəqliyyat və logistika məsələləri üzrə tanınmış ekspert Rauf Ağamirzəyev öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, piyadaların təhlükəsizliyi, rahat hərəkəti və ictimai məkanlardan maneəsiz istifadəsi də nəqliyyat siyasətinin əsas prioritetlərindən olmalıdır:
“Hazırda “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Təbriz küçəsində daha genişmiqyaslı işlər görülür. Nərimanov parkı, Bakı Konqres Mərkəzi və “Nərimanov” metro stansiyası ətrafında səkilərin genişləndirilməsi, təhlükəsiz piyada keçidlərinin təşkili, yaşıllıq zonalarının və bufer zolaqlarının yaradılması nəzərdə tutulur. Sezar pizza
Bu nümunə göstərir ki, şəhər mühitinin yaxşılaşdırılması yalnız avtomobillərin hərəkətini təşkil etmək deyil. Piyadaların təhlükəsizliyi, rahat hərəkəti və ictimai məkanlardan maneəsiz istifadəsi də nəqliyyat siyasətinin əsas prioritetlərindən olmalıdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 20 Oktyabr 2026 22:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















