Nərmin Kərimbəyova türkdilli ölkələr arasında çıxış etdi
Icma.az, Olay.az portalına istinadən məlumat verir.
Müğənni Nərmin Kərimbəyova növbəti uğura imza atıb.
OLAY yazır ki, sənətçinin 2020-ci ildə "Voice of Turan" (Turanın səsi) adlı türkdilli ölkələrin səs müsabiqəsində 15 ölkə arasında qalibiyyət qazandığından xəbərdarsınız. 6 il sonra Nərmin, sözügedən müsabiqə nəzdində Türküstanda təşkil olunan böyük konsertdə çıxış etmək üçün dəvət alıb. Kərimbəyova gecədə məşhur "Belə dərd olmaz" və Qazaxıstanda çox sevilən "Ədem AU" nəğməsini iki dildə (azərbaycan və qazax dillərində) təqdim edib. Hər iki mahnı və ümumilikdə Nərminin performansı gələn qonaqlar tərəfindən yüksən dəyərləndirilib.
Ürək açan duyğularla səfərini tamamlayan ifaçı, bildirir ki, bu 6 il ərzində ən azı 5 dəfə Türküstanda müxtəlif dövlət tədbirlərində qonaq qismində səhnə alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 29 Sentyabr 2026 13:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















