Nərmin və Sahib İbrahimovdan birgə layihə VİDEO
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Müğənni Nərmin Kərimbəyova özünü yeni tərzdə sınayıb.
Redaktor.az xəbər verir ki, sənətçi muğam ifaçısı Sahib İbrahimov ilə duetlərini təqdim edib.
Həmkarlar ilk iş birliklərinə xalq mahnısı ilə başlayıb.
"Ay gözəl" adlı nəğməni ilk dəfə "Xəzər axşamı" verilişində təqdim ediblər və kifayət qədər bəyəni toplayıb.
Tamaşaçı zəngləri səngiməyib və onlar dueti təkrarən səsləndirib. Qısa vaxt ərzində sözügedən ifa sosial şəbəkələrdə də maraqla qarşılanıb.
Xatırladaq ki, dillərə əzbər olan xalq mahnısının ilk ifaçıları Xan Şuşinski, Şövkət Ələkbərovadır.
Kərimbəyova bu mahnının onların nəfəsində də seviləcəyinə əminliyini bildirib və qeyd edib ki, cütlüyün duetləri silsilə şəkildə davam edə bilər.
Baxış sayı:139
Bu xəbər 11 Fevral 2026 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















