Nərminə Hüseynovaya cərimə yazıldı, qərardan narazı qaldı
Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı Şəhər Təhsil İdarəsinin (BŞTİ) müdiri Nərminə Hüseynova ilə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi ilə məhkəməsi başlayır.
Qaynarinfo-nun məlumatına görə, Nərminə Hüseynova İdarə tərəfindən cərimələnib.
Ona İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə cərimə yazılıb.
Bu maddə işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi ilə bağlıdır.
Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur. Nərminə Hüseynova İdarənin qərarından məhkəməyə şikayət verib. Artıq iş üzrə məhkəmə baxış iclasının vaxtı məlum olub.
Şikayətə yanvarın 10-da Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə baxılacaq.
Nərminə Hüseynova ötən ilin fevralında BŞTİ-yə rəhbərlik edir.
Seyid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 07 Yanvar 2025 18:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















