“Nəsil yaddaşı” filminin növbəti beynəlxalq uğuru
Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.
“Kinobiz Film” şirkətinin istehsalı olan “Nəsil yaddaşı” sənədli filmi növbəti dəfə beynəlxalq uğur qazanıb.
Kulis.az xəbər verir ki, filmin rejissoru Babək Abbaszadə İtaliyada keçirilən Braççiano Film Festivalında “Ən yaxşı qısametrajlı sənədli film rejissoru” (Best Director – Short Documentary) nominasiyasının qalibi olub.
1918-ci ildə İsmayıllı rayonunda azərbaycanlılara qarşı törədilmiş soyqırımından bəhs edən “Nəsil yaddaşı” filminin əsas süjet xəttini 2020-ci il Vətən müharibəsi qazisinin düşüncələri təşkil edir. O, babasının yuxuda göstərdiyi şəhid məzarını tapmaq üçün yola çıxır və bu səyahət zamanı ailəsinin keçmişini araşdırır. Filmdə arxiv materialları və tarixi xəritələrdən də istifadə olunub.
“Nəsil yaddaşı” filmi daha əvvəl Pakistanın Peşəvər Beynəlxalq Film Festivalı və “Iconic Indie Film Awards” festivallarında “Ən yaxşı sənədli film” mükafatlarına layiq görülüb. Film, həmçinin İtaliyanın “Rome Prisma Film Awards”, “Ischia Global Film Festival”, Türkiyənin “Golden Bridge Istanbul Short Film Festival”, “Anatolia International Film Festival”, Ukraynanın “Symbiotic Film Festival”, Ekvadorun “San Antonio Independent”, Uruqvayın “Montevideo World” və Nigeriyanın “Rivers International” film festivallarının əsas müsabiqə proqramlarında nümayiş olunub.
Sənədli filmin rejissoru və ssenari müəllifi Babək Abbaszadə, prodüseri Ramil Ələkbərov, operatoru Bulud Quliyev, bəstəkarı Nigar Süleyman, montaj rejissoru Rza Əsgərov, işıq rəssamı Sabit Qədirov, səs rejissoru Mehman Nadirovdur.
Filmin istehsalına postprodakşn dəstəyi Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən göstərilib.
"Deyirdi ki, o, mənim övladım deyil, uşaq evindən götürmüşəm" - Qarabağ şikəstəsini erməni müğənnidən iki not yüksək oxuduğuna görə cəzalanan Flora Kərimova "Bu dünya nərdivandır..." - Xalq şairi Nəriman Həsənzadə ilə son vida Venesiya Film Festivalının proqramı açıqlandı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 05 Avqust 2026 10:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















