Nəsimi icrada dəyişiklik Səlahiyyət Gülarə Verdiyevadan alındı, ona tapşırıldı
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
Xəbər verdiyimiz kimi, ötən ilin dekabrında Nəsimi Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı Elxan İbrahimov vəzifəsindən uzaqlaşdırıldı. Bundan sonra yerli KİV-də onun səlahiyyətlərinin müvəqqəti olaraq birinci müavin Gülarə Verdiyevaya tapşırılması ilə xəbərlər yayılmışdı.
Milli.Az-ın əldə etdiyi məlumata görə, Gülarə Verdiyevaya tapşırılan səlahiyyətlər ondan alınıb. Hazırda isə icra başçısının səlahiyyətlərini müvəqqəti icrası digər müavin Zahid Xəlilovdur.

Fotoda Zahid Xəlilov
Nəsimi rayonunda 2025-ci ilin yekunlarına həsr olunmuş tədbirdə icra başçısını Zahid Xəlilov əvəz edib.
Xatırladaq ki, hazırda Nəsimi RİH-də rəhbər şəxs vəzifəsində cəmi iki nəfər qalıb. Bunlardan biri Gülarə Verdiyevadır, digəri isə müavin Zahid Xəlilovdur. Hazırda icra başçısı da daxil olmaqla, daha bir müavin postu, sektor müdiri - baş mühasib və başçısının köməkçisi vəzifələri vakantdır. İcra başçısının digər müavini Ramiz Quliyevi isə Elxan İbrahimov vəzifəyə gəldikdən sonra işdən çıxarmışdı.
Mehman Əsədov
Milli.Az
Baxış sayı:33
Bu xəbər 16 Yanvar 2026 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















