Nəsimi Nəbizadə Qurtuluş dan niyə qaçıb? Şok iddia yayıldı
Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
“Nəsimi Nəbizadə canını “Qurtuluş”dan qurtara bilmir. Məncə reablitasiya mərkəzi adı altında fəaliyyət göstərən bu “konslager”in fəaliyyəti araşdırılmalı və rəhbəri məsuliyyətə cəlb edilməlidir!”.
Globalinfo.az xəbər verir ki, bunu tanınmış jurnalist Zülfiyyə Qurbanova deyib.
O bildirib ki, bir insanın şəxsi həyatına müdaxilə yolverilməzdir və bu şəkildə ictimailəşməməlidir:
“Özlərini reklam etmək üçün bir insanı məsxərə obyektinə çevirib, el-aləmə rüsvay edirlər. İkincisi, asılılıqdan müalicə könüllü olmalıdır. Məcburi deyil! Adam qaçıbsa, demək, istəmir. Onun axtarışı ailə üzvlərinin müraciəti ilə olmalıdır. Başqaları tərəfindən axtarışı və gizləndiyi yerdən tapılaraq yenidən qaçdığı yerə götürülməsi ilk növbədə şəxsin azadlığının əlindən alınması, şəxsi həyat toxunulmazlığının pozulmasıdır!”.
Jurnalist müvafiq qurumlara da müraciət edib:
“Baş verənlər sivil qanunlarla idarə olunan bir ölkədə yolverilməzdir. Ümumiyyətlə, onların qanundankənar fəaliyyətlərinə hüquqi qiymət verilməlidir! Daxili İşlər Nazirliyinin müdaxiləsi qaçılmazdır”.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Qeyd edək ki, yanvarın 8-də Nəsimi Nəbizadə müalicə aldığı reabilitasiya mərkəzindən qaçıb. Jurnalist reabilitasiya mərkəzindən qaçaraq Abşeron rayonunun Saray qəsəbəsində evlərdən birində gizlənib. Mərkəzin əməkdaşları onun arxasınca Saray qəsəbəsinə gediblər.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 09 Yanvar 2026 10:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















