Icma.az
close
up
RU
“Nəsimi” operasının ilk tamaşası

“Nəsimi” operasının ilk tamaşası

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünən Heydər Əliyev Sarayında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının tamaşaya qoyduğu “Nəsimi” operasının təqdimatı oldu. Dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin dərin fəlsəfəsini, azad ruhunu və humanist dəyərlərini özündə yaşadan bu əsəri tamaşaçılar böyük maraqla qarşıladılar.

...Səhnədə zınqırovlu dəvələrin hərəkət etdiyi karvan görünür. Nəsimi doğmaları ilə vidalaşıb Təbrizə yollanır. Şairin “Bulmuşam həqqi, ənəlhəq söylərəm, Həq mənəm, həq məndədir, həq söylərəm” fəlsəfəsi, şər qüvvələrlə mübarizə fəryadı, nakam arzuları musiqi ilə müşayiət olunur. Səhnədə Təbrizin səsli-küylü, dolanbac küçələri, bazar ab-havası, şah sarayı, dahi şairin zindan həyatı, həyat və yaradıcılıq yolu, müəllimi Fəzlullah Nəimiyə olan etiqadı, məhəbbəti canlanır. Nəsiminin söz aləmi musiqi ilə vəhdətdə dinləyiciləri məftun edir. Sanki, üsyankar şair əsrlərin dərinliyindən günümüzə qayıdıb. Operanı dinlədikcə zamanın gərdişinə sözün gücü ilə qalib gələn böyük bir şairin taleyini görürük.

Operanın musiqisi Xalq artisti, professor Siyavuş Kərimiyə, librettosu akademik Rafael Hüseynova məxsusdur. Azərbaycan mədəniyyətinə yeni bir nəfəs gətirən əsərin məzmununun əsas qayəsi Nəsimi irsini gələcək nəsillərə ötürmək və dünyaya çatdırmaqdır.

Tamaşada İmadəddin Nəsimi obrazını Əməkdar artist Ramil Qasımov canlandırdı. Xalq artistləri Teyyub Aslanov (Fəzlullah Nəimi), Əməkdar artistlər İlkin Əhmədov (Əbdülqadir Marağayi), Anton Ferştandt (Əmir Teymurun vəziri), Cahangir Qurbanov (Məlikşüarə) rollarını ifa etdilər. Əsərdə baş verən hadisələri Xalq artisti Nurəddin Mehdixanlı (Zəvvar) səsləndirir.

Tamaşanın musiqi rəhbəri və quruluşçu dirijoru – Əməkdar artist Əyyub Quliyev, quruluşçu rejissoru Əməkdar artist İnarə Babayeva, quruluşçu xoreoqrafı Əməkdar artist Yuriy Lobaçev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rəssamı Əməkdar artist Ramil Qasımov, işıq üzrə rəssamı isə Rafael Həsənovdur.

Operanın müəllifləri XQ-ya qısa müsahibə verdilər:

Rəfael Hüseynov:

– Nəsiminin həyat fəlsəfəsinə, keçdiyi mübarizəli ömür yoluna həsr olunmuş çoxlu elmi əsərlər var. Bununla yanaşı, müəyyən bədii əsərlər də yaranmışdır. Belə əsərlərin çox olması bizim üçün olduqca əhəmiyyətlidir. Çünki bu cür əsərlər Nəsimini xalqa daha yaxın edir. Hələ XIII əsrdən Nəsimi irsi bir çox alimlər və yazıçılar tərəfindən araşdırılıb öyrənilir. Lakin onun şeirlərinin mürəkkəb və fəlsəfi dildə yazılması insanlara imkan vermirdi ki, onu daha yaxından tanısınlar. İsa Hüseynovun yazdığı ssenari əsasında Həsən Seyidbəylinin çəkdiyi gözəl film Nəsimini xalqa sanki yenidən qaytardı.

Düşünürəm ki, Səyavuş Kərimi ilə ərsəyə gətirdiyimiz bu opera təkcə Azərbaycanda deyil, Yaxın Orta Şərqdə də Nəsimi dünyasına, fəlsəfəsinə maraq göstərən insanlar üçün də çox maraqlı olacaq. 2019-cu ildə bu əsər üzərində işlər gedirdi. Əsərin ideya müəllifi dəyərli opera ifaçısı Ramil Qasımovdur. Bir gün o, məndən xahiş etdi ki, Nəsimi operası yaradaq və sözlərini də mən yazım. 15-20 dəqiqəlik kompozisiya olsun və ifa etsin.

Onun sözünü yerə salmayıb librettonu yazdım. Səyavuş Kərimi isə musiqini yazmağa başladı. Sonra Ramil məndən xahiş etdi ki, səhnədə tək oxumayım. Bir xanım da mənimlə duet oxusun. Beləliklə, Nəsiminin sevdiyi qızın surətini də bura əlavə etdik. Lakin tale elə gətirdi ki, biz bu operanı Nəsimi ilində təhvil verə bilmədik. Bu operanın hər bir parçasını müzakirə etmişik. Dinləmişik. Düşünürəm ki, Azərbaycan operasının tarixində dəyərli hadisə kimi qalacaq.

Səyavuş Kərimi:

– Bu gün Rəfael Hüseynovun librettosuna yazdığım operanın ilk tamaşasına yığışmışıq. Çox həyacanlıyam. Böyük mütəfəkkir Nəsiminin həyatnda baş vermiş hadisələri, bütün həyatını bir əsərə sığışdırmaq mümkün deyil. Çalışmışıq ki, Nəsiminin həyat və yaradıcılıq yoluna az da olsa, işıq sala bilək. Operanı çox istedadlı musiqiçilər ifa edirlər. Əsas rolu canlandıran ifaçı isə çox istedadlı gənc Ramil Qasımovdur. Arzu edirəm ki, bu operanın ömrü uzun olsun.

Fidan SALMANOVA,
Elşən AĞALAROV (foto)
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Noyabr 2024 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri