Nəsimi Rayon İcra Hakimiyyəti Mir Cəlal parkını düzəldir, ərazidə yaşayan sakinlər dağıdır Video
Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.
Mir Cəlal parkı illərdir ərazidə yaşayan sakinlərin ixtiyarındadır. Nəsimi Rayon İcra Hakimiyyəti 2022-ci ilin yanvar-fevral aylarında burada abadlıq işləri də aparıb. Parkdakı işıq dirəklərində və gecə işıqlandırma xətlərində bərpa işləri həyata keçirilib, pilləkən və istinad divarlarının üzlük daşları təmir olunub. İdman qurğuları, uşaq oyun elementləri də diqqətdən kənarda qalmayıb.
Ərazidə yaşayan sakinlərin Mir Cəlal parkındakı sərgilədiyi davranış arzuolunan deyil. İdman qurğuları ilə səliqəli davranılmır, hər tərəfdə məişət tullantıları gözə dəyir. Halbuki, parkda yetərincə zibil qutuları var. Park öz obrazından xeyli uzaqlaşır.
Parkı istifadə edən insanlar mədəniyyətin insanla başladığını və elə insanla bitdiyini açıq-aydın göstərir...
Aytən, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 09 İyul 2025 22:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















