Icma.az
close
up
RU
Nəsimi rayonunda 12 dekabr Ümummilli lider Heydər Əliyevin Anım günü münasibətilə tədbir keçirilib

Nəsimi rayonunda 12 dekabr Ümummilli lider Heydər Əliyevin Anım günü münasibətilə tədbir keçirilib

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” çərçivəsində Nəsimi rayonunda 12 dekabr – Ümummilli lider Heydər Əliyevin Anım günü münasibətilə tədbir keçirilib.

12 dekabr 2025-ci il tarixində Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və “5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Anım gününə həsr olunmuş “Heydər Əliyev – dünənimizin qüruru, bu günümüzün dayağı” adlı tədbir keçirilib.

Tədbir Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının inzibati binasında baş tutub.

Əvvəlcə tədbir iştirakçılarının iştirakı ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ardınca Ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Aparıcıların çıxışlarında Ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsindən, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, ölkənin sosial-iqtisadi inkişafında və beynəlxalq arenada mövqelərinin gücləndirilməsində göstərdiyi müstəsna xidmətlərdən geniş bəhs olunub. Vurğulanıb ki, Heydər Əliyev bütün mənalı ömrünü Azərbaycan xalqına, dövlətçiliyimizin qorunmasına və inkişafına həsr etmiş nadir tarixi şəxsiyyətdir.

Tədbirdə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov çıxış edərək qeyd edib ki, Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti sayəsində Azərbaycan 1969-cu ildən etibarən sürətli inkişaf yoluna qədəm qoyub, 1993-cü ildə isə dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas olunaraq sabit və güclü dövlətə çevrilib. Bu siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci-vitse prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.

Tədbir çərçivəsində Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib, 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirmələri tərəfindən bədii çıxışlar, şeir kompozisiyaları təqdim olunub.

Daha sonra tədbirdə qonaqlar çıxış edərək Heydər Əliyevin Azərbaycan tarixində və milli yaddaşımızda əbədi olaraq yaşayacağını, onun ideyalarının bu gün də ölkənin inkişafında əsas istiqamət olduğunu vurğulayıblar.

Qeyd edilib ki, dünya durduqca Heydər Əliyev şəxsiyyəti Azərbaycan xalqının yaddaşında milli qürur, dövlətçilik iradəsi və müdriklik simvolu kimi yaşayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Dekabr 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see246

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see235

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see211

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see199

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see167

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see167

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see154

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see150

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see145

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see140

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see137

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri