Icma.az
close
up
RU
Nəsimi rayonunda “Azərbaycanda Dövlət Suverenliyi Günü” mövzusunda dəyirmi masa keçirilib

Nəsimi rayonunda “Azərbaycanda Dövlət Suverenliyi Günü” mövzusunda dəyirmi masa keçirilib

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı Slavyan Universitetində (BSU)  Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatının,  BSU-nun, Nəsimi Rayon İcra Hakimiyyətinin (RİH) , Nəsimi Rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə “Azərbaycanda Dövlət Suverenliyi Günü” mövzusunda dəyirmi masa təşkil edilib.

Tədbirdə BSU-nun rektoru Anar Nağıyev,  Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, Əməkdar elm xadimi, professor Vaqif Şadlinski, YAP-ın Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov,  Nəsimi RİH-in başçısı vəzifəsinin səlahiyyətlərini icra edən, RİH başçısının müavini Zahid Xəlilov, universitetin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

İlk olaraq tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək xatirəsini dərin ehtiramla yad ediblər.

Dəyirmi masa Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü,suverenliyi uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra "Konstitusiya və Suverenlik İli " nə həsr olunan videoçarx nümayiş etdirilib.

Açılış nitqi ilə çıxış edən BSU-nun rektoru Anar Nağıyev Azərbaycanın tarixi inkişafını, 2020-ci il azadlıq mübarizəsi nəticəsində suverenliyin bərpasını və milli-mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayıb. O, “Konstitusiya və Suverenlik ili” çərçivəsində BSU mindən çox gənci əhatə etməklə ölkənin müxtəlif bölgələrində, eləcə də Bakıda rektorun gənclərlə görüşləri təşkil olunduğunu, bundan əlavə Avropada – Albaniya və Bolqarıstanda “Azərbaycan: regional lider və etibarlı tərəfdaş” mövzusunda əcnəbi tələbələr üçün mühazirələr oxunduğunu qeyd edib.

Tədbirdə Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, Əməkdar elm xadimi, professor Vaqif Şadlinski Konstitusiyanın tarixi barədə danışaraq bildirdi: “Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilmiş Konstitusiya dövlət idarəçiliyinin təməlini qoymuş, hakimiyyət bölgüsünü, vətəndaş hüquqlarını və beynəlxalq hüquq normalarına inteqrasiyanı müəyyən etmişdir.”

YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov əlamətdar günün tarixi əhəmiyyətinə diqqət çəkərək qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə xalqımız dövlət suverenliyini bərpa etmiş, tariximizin ən şərəfli səhifələrindən birinə imza atmışdır. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində və 2023-cü ilin antiterror əməliyyatında qazanılmış qələbələr Azərbaycanın gücünü, birliyini və əzmini bütün dünyaya nümayiş etdirmişdir.

Azər Süleymanov vurğuladı ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncamlarla 20 sentyabrın Dövlət Suverenliyi Günü kimi qeyd olunması, həmçinin 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi, dövlətçilik tariximizin mühüm mərhələlərini xalqımızın yaddaşında əbədiləşdirir. “Bu qərarlar təkcə dövlətimizin güclü iradəsini deyil, həm də müstəqilliyimizin dönməzliyini təsdiqləyir,” – deyə o bildirdi.

YAP Nəsimi rayon təşkilatının sədri əlavə etdi ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycanın beynəlxalq mövqeləri möhkəmlənir, ölkəmiz dünya siyasətində söz sahibi olur. Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi layihələr milli birliyin gücləndirilməsinə, mədəni irsimizin dirçəldilməsinə və bərpa prosesinin sürətlənməsinə xidmət edir.

“Yeni Azərbaycan Partiyası olaraq, biz bu dəyərlərin qorunmasında, gənc nəslin milli ruhda tərbiyəsində və dövlətimizin suverenliyinin daha da möhkəmlənməsində hər zaman ön cərgədə olacağıq. Xalqımızın qəhrəmanlıq salnaməsi gələcək nəsillərə örnək olacaq və Azərbaycanın güclü, müstəqil dövlət kimi inkişafına xidmət edəcək,” – deyə Azər Süleymanov çıxışını yekunlaşdırdı.

Nəsimi RİH-in başçısı vəzifəsinin səlahiyyətlərini icra edən, RİH başçısının müavini Zahid Xəlilov Suverenlik Gününün əhəmiyyəti barədə qeyd edərək vurğuladı ki, bu tarix Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin, milli iradəsinin və əzminin rəmzidir. Onun sözlərinə görə, dövlət suverenliyinin bərpası sadəcə siyasi hadisə deyil, həm də xalqımızın azadlıq və ədalət uğrunda birliyinin təntənəsidir.

Millət vəkili, Bakı Slavyan Universitetinin Roman-German dilləri kafedrasının müdiri Sevinc Fətəliyeva Azərbaycanın qazandığı yeni reallıqlar barədə çıxış edərək, ölkəmizin Vətən müharibəsində əldə etdiyi Qələbə nəticəsində bölgədə tamamilə yeni siyasi, iqtisadi və humanitar mühitin formalaşdığını diqqətə çatdırıb. O, vurğulayıb ki, Azərbaycan dövlətinin qətiyyətli siyasəti və güclü liderliyi sayəsində ərazi bütövlüyü bərpa olunub, regionda sülh və əməkdaşlıq üçün real zəmin yaranıb.

BSU-nun tələbəsi Fatimə Bağırzadə isə gənclərin üzərinə düşən vəzifələrə dair fikirlərini bölüşüb.

Tədbirin sonunda partiyaya yeni üzv olan bir qrup şəxsə partiya vəsiqələri təqdim olunub və Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Sentyabr 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri