Icma.az
close
up
RU
Nəsimi rayonunda “Heydər Əliyev zamanın fövqündə” adlı tədbir keçirilib

Nəsimi rayonunda “Heydər Əliyev zamanın fövqündə” adlı tədbir keçirilib

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının, Nəsimi rayon İcra Hakimiyyətinin və rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə Nizami Kino Mərkəzində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş "Heydər Əliyev zamanın fövqündə" adlı tədbir keçirilib.

Tədbirdə YAP Nəsimi rayon təşkilatının və Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Nəsimi rayon Ağsaqqallar Şurasının sədrı, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə, qeyri-hökumət təşkilatlarının rəhbərləri, şəhid ailələri, İctimai Şuranın üzvləri, rayon ictimaiyyəti nümayəndələri və rayon gəncləri iştirak ediblər.

Əvvəlcə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Nəsimi rayon Ağsaqqallar Şurasının sədri, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Vaqif Şadlinski öz çıxışında qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin xatirəsini yaşatmaq yalnız ona ehtiram göstərmək deyil, həm də onun idealarına sadiq qalmaqdır. Natiq nəzərə çatdırıb ki, bu gün Azərbaycanda əsası qoyulan inkişafın, tərəqqinin, beynalxalq nüfuzumuzun sağlam təməllərində məhz Dahi Şəxsiyyətin müdrik fikirləri dayanır. Vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə yaradılmış iqtisadi potensial sonrakı mərhələlərdə - müstəqillik illərində Azərbaycan üçün çox əhəmiyyətli rol oynadı. Həmçinin bildirib ki, Azərbaycançılıq şüurunun inkişafı, yerli kadrların yetişdirilməsi, o cümlədən milli ruhun yüksəldilməsi istiqamətində keçirilmiş bir çox tədbirlər sonrakı dövrdə bizim üçün, millətimiz üçün, dövlətimiz üçün çox ciddi rol oynadı.

Çıxış edən tarix elmləri doktoru, professor Dilarə Seyidzadə bildirib ki, Heydər Əliyev XX əsrin 70-ci illərində Azərbaycanda elə bir ab-hava yaratmışdı ki, milli şüurun oyanmasına, Azərbaycan dilinin inkişafına, dəyərlərimizin xalq tərəfindən mənimsənilməsinə, tarixi keçmişimizin hərtərəfli öyrənilməsinə şərait yaratmışdı. Xüsusi vurğuladı ki, o dövrdə ali təhsil ocaqlarında ədəbiyyatımızla, tariximizlə bağlı diskusiyaların aparılması, gənclərin xaricə təhsil alması üçün göndərilməsi, ixtisaslı kadrların formalaşması, Azərbaycan tarixinin bütün ali təhsil ocaqlarında tədris proqramına daxil edilməsi Heydər Əliyev uzaqgörənliyinin bariz nümunəsidir.

Çıxışlardan sonra Ulu öndər Heydər Əliyevə həsr olunmuş "Heydər Əliyev xilaskar ömrü" adlı filmə baxılıb.

Tədbirin bədii hissəsində Azərbaycan Respublikasının xalq artistləri Məleykə Əsədova və Nurəddin Mehdixanlı ədəbi-bədii qiraətlə, incəsənət xadimlərindən xalq artisti Gülyanaq Məmmədova və əməkdar artist Aybəniz Həşimova isə musiqi ifaları ilə çıxış ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Dekabr 2024 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mahmud Kaşqari Fondunun layihəsi əsasında çap olunan kitabların təqdimatı

19 İyul 2025 10:50see165

İsti suyun yüksək təzyiqi tez bir zamanda necə azaldır?

19 İyul 2025 10:57see117

Ukraynadakı müharibə heç kimin vecinə deyil Conson

20 İyul 2025 01:14see117

Mourinyo bu komandanı çalışdıra bilər

19 İyul 2025 08:26see117

Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub

20 İyul 2025 00:19see116

Konqo hökuməti ilə M23 qruplaşması sülh sazişi ilə bağlı razılığa gəlib

20 İyul 2025 02:30see116

Enerji içkiləri canlandırır, lakin nəticəsiz deyil...

19 İyul 2025 20:05see115

Böyük Britaniyada Qanqster nənə həbs edildi: 100 milyon dollar, bir tondan artıq narkotik İTTİHAMI

20 İyul 2025 01:49see114

ABŞ konqresmeni ofisində infarktdan öldü

19 İyul 2025 23:54see112

Tramp BRİKS in zəiflədiyindən danışdı

19 İyul 2025 11:50see112

20 il komada qalan şahzadə öldü FOTOLAR

20 İyul 2025 09:29see111

Prezident: Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir

19 İyul 2025 17:40see111

Sabahın havası meteohəssas insanlar üçün əlverişsizdir

20 İyul 2025 14:05see111

32 kilometrdə toqquşan MARAQLAR

20 İyul 2025 15:01see110

Bakıda möcüzəli göl insanlar axın edir VİDEO

20 İyul 2025 21:54see110

İctimai siyasi fikir və dövlətçilik tariximizdə “Açıq söz” qəzeti

19 İyul 2025 15:43see110

“Ölkəmizdə risklərin daxili mənbələri yoxdur”

19 İyul 2025 23:24see110

Rusiyanın strateji səhvi: Bakı da uzaqlaşır Vaşinqton Post

20 İyul 2025 08:02see110

“Qarabağ”, “Sabah”, “Zirə” və “Araz Naxçıvan”ın 3 cü mərhələdəki potensial rəqibləri

19 İyul 2025 07:52see110

Gürcüstanda üç Türkiyə vətəndaşı saxlanılıb Qırmızı bülletenlə axtarışda olublar

19 İyul 2025 16:28see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri