Nəsimi rayonunda pul, bank kartı və avtomobildən akkumulyator oğurlayanlar saxlanılıb
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 22 noyabr, AZƏRTAC
Paytaxtın Nəsimi rayonunda talama cinayətləri baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, naməlum şəxslər günorta saatlarında şəhər sakininin mağazalardan birində alış-veriş edən zaman çantasından içərisində 600 manat olan pul kisəsini, digər zərərçəkmişin isə restoranların birində masanın üzərinə qoyduğu əl çantasından 600 manat nağd pul, bank kartları və şəxsi əşyalarını oğurlayıblar. Bu barədə polis orqanına müraciətlər daxil olub.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməllərini törətməkdə şübhəli bilinən A.Yaqubova və N.Məmmədova saxlanılıblar.
Rayon ərazisində keçirilən digər tədbir zamanı isə avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən E.Həsənov da müəyyən olunaraq saxlanılıb.
Hər üç fakt üzrə araşdırmalar aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 22 Noyabr 2025 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















