Icma.az
close
up
RU
Nəsimi rayonunda“27 Sentyabr Qələbəyə aparan yolun başlanğıcı ” adlı dəyirmi masa keçirilib

Nəsimi rayonunda“27 Sentyabr Qələbəyə aparan yolun başlanğıcı ” adlı dəyirmi masa keçirilib

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


Nəsimi rayon İcra Hakimiyyətinin və YAP Nəsimi rayon təşkilatının birgə təşkilatçılığı ilə 27 Sentyabr - Anım Gününün beşinci ildönümü münasibəti ilə “27 Sentyabr – Qələbəyə aparan yolun başlanğıcı ” adlı dəyirmi masa keçirilib.
Newscenter.az xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının, rayon Ağsaqqallar Şurasının, Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri İctimai Biriliyinin Nəsimi rayon şöbəsinin rəhbərləri, RİH Aparatının məsul əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları Anım gününə həsr olunmuş sərgiyə baxış keçirib.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, Torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİH Başçısının müavini Zahid Xəlilov tədbiri açaraq bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik, uzaqgörən və qətiyyətli fəaliyyəti nəticəsində Azərbaycan bu gün regionun ən güclü, ən nüfuzlu dövlətinə çevrilib. Natiq çıxışına davam edərək qeyd etdi ki, 44 günlük müharibədə və sonrakı mərhələdə cənab İlham Əliyevin hərbi-siyasi liderliyi həlledici rol oynadı. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın humanist fəaliyyəti, əsgər və şəhid ailələrinə göstərdiyi qayğı dövlətin öz vətəndaşının yanında olduğunun parlaq sübutu idi.
Tədbirdə Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, Əməkdar elm xadimi, professor Vaqif Şadlinski bildirdi ki, 2020-ci ilin 27 sentyabrı Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan Vətən müharibəsi xalqımızın həmrəyliyinin, əsgər və zabitlərimizin rəşadətinin, dövlət-xalq birliyinin parlaq nümunəsinə çevrildi. Natiq çıxışında şəhidlərin əziz xatirəsinin hər zaman uca tutulduğunu, onların fədakarlığının gələcək nəsillərə örnək olduğunu vurğuladı.

YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov çıxış edərək vurğuladı ki, 27 sentyabr – Anım Günü – təkcə şəhidlərimizin qəhrəman xatirəsini yad etmək deyil, həm də Vətən Müharibəsində qazanılan bu möhtəşəm Zəfərin beynəlxalq hüququn əsas prinsipləri ilə necə uyğunlaşdığını, necə ədaləti bərpa etdiyini vurğulamaq üçündür. Bu Zəfər beynəlxalq hüququn qorunması ilə birgə, Azərbaycanın milli ləyaqətinin və qüdrətinin sübutudur.
Tədbirdə çıxış edən “Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri” İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev bildirdi ki, xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur, şəhidlərin ailələrinə, qazilərə daim yüksək həssaslıqla yanaşılır.
Ruhiyyə Mehdiyeva
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 24 Sentyabr 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri