Nəsimi rayonundakı bu küçədə sürücülər kameraların altında qaydaları pozur 99EC219 VİDEO
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Paytaxtın bir çox ərazilərində sürücülərin kobud qayda pozuntuları şəhər sakinlərininin ciddi narazılığına səbəb olur.
Avtosfer.az xəbər verir ki, Bakının Nəsimi rayonunda avtomobil idarəçilərinin parklama yerindən kənarda saxladıqları maşınlar piyadaların hərəkətinə mane olur.
Belə ki, rayonun Droqal küçəsində “Azparkinq” xidmətinin təşkil etdiyi parklama yerindən kənarda, üzü Dilarə Əliyeva küçəsinə doğru səkilərin kənarlarına, hətta piyada keçidlərinin üzərində saxladıqları avtomobillər uzun müddətdir sakinləri narahat edir.
Əməkdaşımızın ərazidən çəkdiyi görüntülərdə də məlum olur ki, sürücülərin bu cür davranışlarının qarşısını almaq məqsədilə aidiyyəti qurumlar tərəfindən konus maneələr yerləşdirilib. Buna baxmayaraq, bəzi sürücülər həmin konusları qırağa çəkərək yenə də avtomobillərini parklanmaya aid olmayan hissədə saxlamağa davam edirlər. Çəkiliş zamanı da 99-EC-219 qeydiyyat nişanlı “KIA” markalı avtomobil saxlanması qadağan olan hissədə avtomobilini park edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub.
Bununla yanaşı, Droqal və Dilarə Əliyeva küçələrinin kəsişməsində, üzü Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətinin binasına doğru olan hissədə yalnız düzünə istiqaməti göstərən yol nişanı quraşdırılmasına baxmayaraq sürücülər məhz yol nişanına çatdıqları zaman dönmə əməliyyatı həyata keçirirlər. Lakin məhz bu hissədə geriyə və sola dönmə əməliyyatı qadağan edilib.
Qeyd edək ki, bu cür qayda pozan sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə görə 40 manat məbləğində cərimə edilir.
Əməkdaşımızın Dilarə Əliyeva və Droqal küçələrində çəkdiyi videonu sizə təqdim edirik:
Səfər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 19 Dekabr 2024 14:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















