Nəsimi uşaq deyil ki, ona nəyisə zorla etdirəsən Cəlil Cavanşir
Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.
Tanınmış teleaparıcı Nəsimi Nəbizadə məsələsi yenidən gündəmdədir.
Belə ki, narkotik asılılığından əziyyət çəkən Nəsimi Nəbizadənin müalicə aldığı mərkəzdən qaçdığı bildirilir.
Nəbizadə bir müddətdir ki, asılılıqdan qurtulmaq üçün müalicə alırdı.
Onun bu addımı atması birmənalı qarşılanmayıb.
Xüsusilə dostları, qələm adamları məsələyə başqa cür yanaşır.
Kimisi onun məcburi müalicə almalı olduğunu bildirir, kimisi də rahat buraxılmağını.
Sözügedən məsələ ilə bağlı Nəsibi Nəbizadənin dostu, yazıçı Cəlil Cavanşir Gununsesi.info-ya münasibət bildirib.
O bildirib ki, Nəsimi uşaq deyil və məsələnin bu cür işıqlandırılması qanunsuzdur:
“Nəsimi Nəbizadə reabilitasiya mərkəzindən qaçıb” yazmaq, bunu xəbərə çevirmək ən yüngül formadan qanundan, insan hüquqlarından bixəbər olmaqdır. Nəsimi mənim 15 illik dostumdur. Onun apogeyi də, çöküşü də mənim gözlərimin qarşısında baş verib. Nəsimin düşdüyü vəziyyət bütün dostları kimi, məni də narahat edir, amma…Nəsimi gənc deyil, uşaq deyil ki, ona nəyisə zorla etdirəsən. Adam nə etdiyini də, niyə etdiyini də şüurlu şəkildə dərk edir. Bir adamın yüksəlmək, zirvəyə qalmaq qədər, çökmək hüququ da var. Siz Nəsimini özündən çox istəyə bilməzsiniz. Bu halda ondan əl çəkib, rahat buraxmalısınız”.
Cəlil Cavanşir, həmçinin deyib:
Qurtuluş Reablitasiya Mərkəzi Nəsimi Nəbizadənin müalicəsini öz üzərinə götürəndə, onun bu addımı ata biləcəyini hesablamışdı. Sonrakı mərhələlər də reklam strategiyasına daxildir. Nəsimiylə, Ceyhunla çəkilən videolara baxanda ikrah duyurdum. Bu saxta canyananlıq insanı iyrəndirir. Mənim doğma qardaşım da eyni mərkəzdə reabilitasiya keçib və çıxandan bir həftə sonra əvvəlkindən də dəhşətli vəziyyətə düşüb. Bütün psixalogiyasını alt-üst etmişdilər. Nəsiminin reabilitasiya mərkəzində saxlanılması, “qaçdıqdan” sonra axtarılması, yenidən qaytarılması cəhdi və bu prosesin ictimailəşdirilməsi açıq-aşkar hüquq pozuntusudur. Nəsimi bir neçə asılılıqdan əziyyət çəkir və baş verənlər bu günün problemi deyil. Asılılıqdan müalicə yalnız könüllülük əsasında və şəxsin istəyi ilə mümkündür. Məcburi qaydada saxlanma və zorla geri qaytarılma qanunsuz azadlıqdan məhrumetmə əlamətləri yaradır. Reablitasiya mərkəzi Nəsiminin, həmçinin Ceyhun Əsgərovun müalicə prosesini ictimailəşdirməkdə xoş niyyətli ola bilər, amma bu başdan ayağa səhv addımdır. Hazırda Nəsiminin razılığı olmadan onun həyatının ictimailəşdirilməsi isə şərəf və ləyaqətin alçaldılması, şəxsi məlumatların qanunsuz yayılması və etik normaların kobud şəkildə pozulmasıdır”.
Maqsud
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 09 Yanvar 2026 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















