Icma.az
close
up
RU
Nəsimidə “Zəfərdən Zəfərlərə!” adlı tədbir keçirildi Fotolar

Nəsimidə “Zəfərdən Zəfərlərə!” adlı tədbir keçirildi Fotolar

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Nəsimi rayon İcra Hakimiyyəti və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə Nizami Kino Mərkəzində “Zəfər Bayrağı altında Zəfərdən-Zəfərlərə!” adlı tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin, YAP Nəsimi rayon təşkilatının rəhbərliyi, Müdafiə Nazirliyinin məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, elm, mədəniyyət xadimləri, şəhid ailələri, müharibə iştirakçıları (qazilər) və ictimaiyyət nümayəndələri iştirak edib.

Öncə tədbir iştirakçıları Mərkəzin foyesində Uşaq İnkişaf Mərkəzinin gənc yetirmələrinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

Sonra “8 noyabr – bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür” adlı, Ali Baş Komandan İlham Əliyevin tarixi çıxışlarını əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan tanınmış hərbi jurnalist Abdulla Qurbani Zəfər Bayrağının fəxri qarovulun müşayiəti ilə salona gətirildiyini elan edib. 

Ulu Öndər Heydər Əliyevin və şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının müavini Zahid Xəlilov Zəfər tarixinin əhəmiyyətindən bəhs edərək bildirib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən şərəfli dövrünü yaşayır. Ali Baş Komandanın qətiyyətli iradəsi və müdrik siyasəti nəticəsində Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad edərək misilsiz qəhrəmanlıq salnaməsi yazıb.

Natiq çıxışına davam edərək qeyd edib ki, 44 günlük Vətən müharibəsi Müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış şanlı Zəfər salnaməsidir. Bu Zəfərin qəhrəmanları olan şəhidlərimizin ailələrinə və qazilərimizə Nəsimi rayonunda daim yüksək həssaslıqla yanaşılır.

Xüsusi vurğulanıb ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı tariximizə hələ neçə-neçə zəfər dolu səhifələr yazılacaqdır. Onun əldə etdiyi razılaşmalara uyğun olaraq reallaşacaq Zəngəzur dəhlizi qitələri birləşdirən mühüm nəqliyyat bağlantısına çevriləcəkdir.

Tədbir boyu səsləndirilən “Vətən, Sənin Şəhidlərin” elegiyası və digər bədii kompozisiyalar iştirakçılarda dərin duyğular yaşadıb.

Sonda “Müzəffər Ordumuz” mahnısının sədaları altında iştirakçılar xatirə şəkilləri çəkdirib. Tədbir bir daha bütün xalqımızın Zəfər ruhunu, Ali Baş Komandana inamını və Vətənə sevgisini nümayiş etdirib.

Tədbirin sonunda şəhidlərin ailə üzvlərinə xatirə hədiyyələr təqdim edilib.








Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:263
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 06 Noyabr 2025 20:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri