Nəsirovun qızına məxsus mənzili niyə təhvil vermir? KONKRET
Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Milli Məclisin deputatı Elman Nəsirovun qızı Laləzar Əliyevanın qalmaqallı videosunda adı hallanan “Sipark İnşaat” 2017-ci ildə sökdüyü deyilən binanı təhvil verməməsi məsələsinə aydınlıq gətirib.
KONKRET.az xəbər verir ki, şirkətdən pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, deyilənlər həqiqəti əks etdirmir.
“Milli Məclisin deputatı Elman Nəsirovun qızının dediyi iddiaların sonrakı açıqlamalarından da göründüyü kimi heç də hamısı həqiqəti əks etdirmir. Sonrakı açıqlamasında onun çox fikirlərini təkzib etdiyi görünür. Şirkətimizə aid olan sözügedən tikintiyə gəlincə, müəyyən gecikmələr olsa da, artıq problem aradan qalxıb. Binanın 3 bloku, demək olar ki, tam hazırdır. Digər 3 blokda işlər davam etdirilir. Liftlər quraşdırılır. Tezliklə sakinlər mənzillərinə köçürüləcək”, – açıqlamada deyilib.
Qeyd: “Sipark İnşaat”ın rəhbəri Seymur İsayevdir. Şirkətin Bakının bir neçə ərazilərində apardığı tikinti layihələrini yarımçıq dayandırdığı, işlərin çox ləng getdiyi, heç bir yeni layihə reallaşdırmadığı deyilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 27 Oktyabr 2025 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















