Nəsli kəsilən heyvanın buynuzunu Bakıya gətirmək istədi Saxlanıldı
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Tolmaçevo hava limanının gömrükçüləri Novosibirskdən Bakıya uçan sərnişinin baqajında 2,6 kq-dan çox çəkiyə malik maral buynuzu aşkar ediblər.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, həmin şəxs təsadüfi gömrük yoxlaması üçün “yaşıl” dəhlizdə saxlanılıb.
Sonradan aparılan ekspertiza təsdiq edib ki, bunlar nəsli kəsilməkdə olan vəhşi fauna və flora növlərinin beynəlxalq ticarəti haqqında Konvensiyaya (CITES-ə) daxil olan qırmızı maralın buynuzlarıdır.
Sərnişin izah edib ki, buynuzları Altay dağlarında istirahət edərkən hədiyyə alıb. O, baytarlıq sertifikatının və icazələrin olması, eləcə də belə malların məcburi bəyan edilməsindən xəbərsiz olduğunu bildirib.
Məsələ ilə bağlı Rusiyanın İnzibati Xətalar Məcəlləsinin 16.3 (qadağa və məhdudiyyətlərə əməl etməmə) 16.2.1-ci maddələri ilə (malların bəyan edilməməsi) ilə iş açılıb.
Qanunu pozan şəxsi cərimə və malların müsadirəsi gözləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 14 Noyabr 2025 23:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















