Icma.az
close
up
RU
Nəsli kəsilməkdə olan Hind delfinlərinin mədələri mikroplastiklə dolub

Nəsli kəsilməkdə olan Hind delfinlərinin mədələri mikroplastiklə dolub

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 26 sentyabr, AZƏRTAC

Hind delfinləri, yaxud kiçik Qanq delfinləri (Platanista minor), Pakistan və Hindistan ərazilərində Hind çayı hövzəsində yaşayır. Bu məməlilər suyun dibində yaşayan orqanizmlərlə qidalandıqları və bulanıq sularda yaşadıqları üçün demək olar ki, kor olublar və yalnız işığı və onun hansı istiqamətdən gəldiyini ayırd edə bilirlər.

AZƏRTAC xəbər verir ki, Hind delfinləri BMT-nin Təbiəti Mühafizə üzrə Beynəlxalq İttifaqının (IUCN) Qırmızı Siyahısına daxil edilib və nəsli kəsilməkdə olan növ hesab olunur.

Onlar üçün əsas təhlükələr arasında bəndlərin inşası, balıqçılıq torlarına dolaşma, gəmiçilik və Hind çayının kimyəvi maddələrlə çirklənməsi göstərilir. “PLOS One” jurnalında dərc olunan yeni araşdırmanın nəticələrinə görə, indi bu siyahıya mikroplastik də əlavə olunmalıdır.

Mütəxəssislər 2019–2022-ci illər arasında çayın sahilinə çıxaraq tələf olmuş beş “Platanista minor” nümayəndəsini yarıblar. Hər bir heyvanın həzm sisteminin hər tərəfində mikroplastik tapılıb. Üstəlik, onun miqdarı olduqca yüksək olub. Hər fərddə 184-dən 429-a qədər plastik hissəcik aşkar olunub. Böyük ehtimalla onlar delfinlərin orqanizminə qida ilə və ya yemlənmə zamanı təsadüfi udulma nəticəsində daxil olub.

Əvvəlki tədqiqatlarda bioloqlar mikroplastiki dəniz məməlilərində, məsələn, afalinlərdə aşkar etmişdilər. “Lakin Hind delfinlərində tapılan miqdar əvvəlki bütün göstəriciləri üstələyib”, - deyə yeni elmi işin müəllifləri vurğulayıblar.

Aşkarlanan hissəciklərin 90 faizindən çoxunu liflər təşkil edib, onların orta ölçüsü 300 mikrometrdən 5 millimetrədək dəyişib. İnfraqırmızı spektroskopiya analizi göstərib ki, hissəciklərin əksəriyyəti geyim və plastik butulkaların istehsalında istifadə olunan polietilentereftalatdan (PET) ibarətdir. Bundan başqa, nümunələrdə polifenilensulfid (PPS), poliester, polivinilxlorid (PVC) və poliuretan da aşkarlanıb.

Belə çirklənmənin əsas mənbələri toxuculuq sənayesi, şəhər və kənd təsərrüfatı tullantıları, qida məhsullarının plastik qablar və balıqçılıq torlarıdır. Oxşar mikroplastik hissəciklər daha əvvəl Hind delfinlərinin qidalandığı balıqlarda da tapılıb, bu da çirkləndiricilərin qida zənciri ilə ötürüldüyünü göstərir.

Tədqiqatçılar şirin su məməlilərinin sağlamlığına birbaşa təsiri öyrənməyiblər, lakin elmi ədəbiyyatdan məlumdur ki, mikroplastik həzm problemləri, oksidativ stress və heyvanlarda reproduktiv funksiyanın pozulmasına səbəb ola bilər. Bu da yox olma təhlükəsində olan növ üçün əlavə risklər yaradır.

Alimlər şirin su hövzələrinin mikroplastiklə çirklənməsinin azaldılması üçün təcili tədbirlər görülməsinə çağırıblar. Bu problem həm də dəniz canlılarına təsir göstərir. Xırda plastik hissəciklər həm də ən iri köpəkbalıqlarının toxumalarında, dəniz tısbağalarında və quşlarda aşkarlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Sentyabr 2025 09:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri