Icma.az
close
up
RU
“Nesvij dünya mədəniyyətinin irsi” FOTO

“Nesvij dünya mədəniyyətinin irsi” FOTO

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Milli İncəsənət Muzeyində Belarus Respublikasının "Nesvij" Milli Tarix-Mədəniyyət Muzey-Qoruğunun "Nesvij-dünya mədəniyyətinin irsi" adlı sərgisinin açılışı baş tutdu. Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Belarus Respublikası Mədəniyyət  Nazirliyinin dəstəyi, Azərbaycan Milli İncəsənət Muzeyi və "Nesvij" Milli Tarix-Mədəniyyət Muzey-Qoruğunun birgə təşkilatçılığı ilə keçirilir. 23 planşetin yer aldığı ekspozisiyada muzey-qoruğun yerləşdiyi XVI-XVIII əsrlərə aid Nesvij qəsrinin eksteryer və interyer təsvirləri, həmçinin ekspozisiya zallarının fotoları, eləcə də videoçarx nümayiş etdirilir.

Böyük Litva Knyazlığının zəngin ailəsi olmuş Radzivillərin iqamətgahı kimi xidmət göstərmiş Nesvij qəsrində intibah gözəlliyinin, barokko dinamikasının və klassisizm nizamının mükəmməl vəhdəti izlənilir. UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş bu möhtəşəm memarlıq abidəsi Belarus, eləcə də Avropa mədəniyyətinin canlı ensiklopediyası hesab edilə bilər. O özündə qəsrlə yanaşı, qəsr istehkamlarını və böyük park ansamblını birləşdirir. Bu gün Nesvij qəsri və onun təxminən əlli muzey zalı qədim və müasir Belarus mədəniyyətinin nailiyyətlərini nümayiş etdirən xüsusi məkandır.
Sərgi çərçivəsində ziyarətçilər üçün interaktiv ünsiyyətə əsaslanan "Saray ziyafətlərinin ənənələri" adlı ekskursiya təşkil olundu. Proqrama saray ziyafətlərinin ayrılmaz hissəsi olan rəqs sənəti, saray mətbəxinin ekzotikası, şahzadə ovlarının təşkilinin özəllikləri kimi mövzular, intellektual əyləncə və oyunlar daxildir.
Sərgi 15 uyun 2025-ci il  tarixinədək davam edəcək. 

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 20 May 2025 20:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri