Net Elektrikə yazılan protokola baxılacaq tarix açıqlandı
Icma.az bildirir, Pravda.az saytına əsaslanaraq.
"Net Elektrik" MMC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.
Pravda.az-ın xəbərinə görə, sənədə Yasamal Rayon Məhkəməsinin hakimi Rauf Daşdəmirovun sədrliyi ilə dekabrın 5-də baxılacaq.
Xatırlatma: Protokol İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
Qeyd: Qanuni təmsilçisi Fatih Sarihan olan şirkət 2019-cu ildə dövlət qeydiyyatına alınıb.
Xəyal Quliyev

Doğtaşa yazılan protokola baxılacaq tarix açıqlandı
04 Dekabr 2024 08:23
BotanikAza yazılan protokola baxılacaq tarix açıqlandı
09 Dekabr 2024 08:19
İrşad Electronicsə yazılan protokola baxılacaq tarix açıqlandı
21 Noyabr 2024 10:02
Azercell Telekoma yazılan protokola baxılacaq tarix açıqlandı
05 Dekabr 2024 08:16
“Doğtaş”a yazılan protokola baxılacaq tarix açıqlandı
04 Dekabr 2024 10:43

