Icma.az
close
up
RU
Netanyahu 2 ərazinin ilhaq planını hökumət gündəmindən çıxarıb KİV

Netanyahu 2 ərazinin ilhaq planını hökumət gündəmindən çıxarıb KİV

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İsrailin Baş naziri Benyamin Netanyahu sabahkı Nazirlər Kabinetinin iclasının gündəliyindən Yəhudeya və Samariyanın ilhaqı məsələsini çıxarıb.

Ölkə.Az-ın "Israel Hayom"a istinadən məlumatına görə, son saatlarda baş nazirin ofisinin nümayəndələri iclasa dəvət olunanlara bildirib ki, İsrail suverenliyinin Yəhudeya və Samariyaya şamil olunması məsələsi müzakirə edilməyəcək.

İclas yalnız Fransanın Fələstin dövlətini tanıması barədə qəbul etdiyi qərarın nəticələrinə və Yəhudeya və Samariyadakı təhlükəsizlik vəziyyətinə həsr olunacaq.

Gözlənilir ki, təhlükəsizlik xidməti Yəhudeya və Samariyada zorakılığın alovlanması təhlükəsi barədə xəbərdarlıq edəcək. ŞABAK (təhlükəsizlik xidməti) isə hökuməti Fələstin Muxtariyyətində iqtisadi böhranın dərinləşməsi nəticəsində siyasi parçalanma və qeyri-sabitlik əlamətlərinin artması barədə məlumatlandıracaq. Bu böhranın yaranmasında qismən İsrailin atdığı addımların da rolu olduğu bildirilir.

ABŞ da Fələstin Muxtariyyətindəki vəziyyəti narahatlıqla izləyir və israillilərlə qapalı müzakirələrdə öz narahatlığını ifadə edir.

Qeyd olunur ki, Netanyahunun ilhaq məsələsini gündəlikdən çıxarmaq qərarı, həmçinin ABŞ-nin təzyiqləri ilə də bağlı ola bilər.

İlhaqdan imtina qərarının isə Netanyahunun koalisiyasında daxili gərginlik yaradacağı, xüsusilə baş nazir ilə onun ultra-sağçı tərəfdaşları arasında fikir ayrılıqlarına səbəb olacağı gözlənilir.

Qərardan cəmi bir neçə saat əvvəl maliyyə naziri Betsalel Smotriç Yəhudeya və Samariya ərazilərinin 82 faizinə dərhal İsrail suverenliyinin elan olunmasını tələb etmişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 Sentyabr 2025 19:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri