Icma.az
close
up
RU
Netanyahu 9 nəfərin öldüyü bölgədən danışdı: Trampla dünyanı xilas etdik

Netanyahu 9 nəfərin öldüyü bölgədən danışdı: Trampla dünyanı xilas etdik

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrail Baş naziri Binyamin Netanyahu İranın raket zərbəsi nəticəsində 9 mülki vətəndaşın həyatını itirdiyi Qüdsün qərbindəki Beyt-Şemeş qəsəbəsinə baş çəkib. Dağıntılar kölgəsində kameralar qarşısına keçən Netanyahu İranı birbaşa mülki şəxsləri hədəf almaqda ittiham edib və ABŞ ilə atılan addımların "qlobal təhdidi aradan qaldırmağa" yönəldiyini müdafiə edib.

Milli.Az xəbər verir ki, Netanyahu çıxışında Tehran rəhbərliyini "tiraniya" adlandıraraq, İsrailin hərəkətlərinin qanuni müdafiə çərçivəsində olduğunu bildirib:

"Tehranın tiranları mülki insanları hədəf alır. Biz isə mülki insanları qorumaq üçün həmin tiranları hədəf alırıq," - deyə o, vurğulayıb.

Baş nazir qeyd edib ki, İranın nüvə silahı və qitələrarası ballistik raket imkanlarına sahib olması təkcə İsrail üçün deyil, bütün dünya üçün təhlükədir.

İranın illərdir "İsrailə ölüm, Amerikaya ölüm" şüarları atdığını xatırladan Netanyahu təhdidin Avropa da daxil olmaqla bir çox regiona uzandığını iddia edib. O, əməliyyatların məqsədinin bu qlobal təhlükəni mənbəyində yox etmək olduğunu bildirib.

Netanyahu çıxışının ən diqqətçəkən hissəsini ABŞ Prezidentinə ayırıb:

"Dünyanı xilas etməyə yönəlmiş bu kritik səydə yanımızda olan böyük dostumuz və dünyanın böyük lideri Donald Trampa təşəkkür edirəm," - deyən Netanyahu, Vaşinqton və Təl-Əviv arasındakı koordinasiyanın qətiyyətlə davam edəcəyini vurğulayıb.

O, "Tramp ilə birlikdə dünyanı xilas etdik" ifadəsini işlədərək, həyata keçirilən hərbi əməliyyatların miqyasının və əhəmiyyətinin tarixi xarakter daşıdığını qeyd edib.
Lalə Qüdrətova
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 03 Mart 2026 00:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see313

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see313

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see312

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see306

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see289

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see273

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see269

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see264

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see262

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see259

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see257

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see256

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see252

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see250

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see240

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see236

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see229

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see209

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri