Netanyahu ABŞ və İran arasındakı danışıqlar barədə: İstənilən vəziyyətdə maraqlarımızı qoruyacağıq
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İsrail Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın İranla danışıqlarla bağlı açıqlamalarına münasibət bildirib.
"Ynet"in xəbərinə görə, Netanyahu ABŞ Prezidenti Donald Trampla danışdığını bildirib.
Netanyahunun sözlərinə görə, Tramp İsrail Müdafiə Qüvvələri və ABŞ ordusunun böyük uğurlarından yararlanaraq müharibənin məqsədlərini bir müqavilə ilə həyata keçirməyin mümkünlüyünə inanır.
"Bu, həyati maraqlarımızı qoruyacaq bir müqavilədir. Eyni zamanda, həm İrana, həm də Livana hücum etməyə davam edirik. Raket və nüvə proqramını tamamilə məhv edirik və Hizbullaha ciddi zərər verməyə davam edirik. Cəmi bir neçə gün əvvəl daha iki nüvə alimini məhv etdik və əl hələ də uzanır. İstənilən vəziyyətdə həyati maraqlarımızı qoruyacağıq”, - Netanyahu vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:202
Bu xəbər 23 Mart 2026 22:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















