Netanyahu BQXK nı Qəzzalı girovları qida və dərmanla təmin etməyə çağırıb
Oxumeni.az saytına istinadən Icma.az xəbər verir.
İsrailin baş naziri Benyamin Netanyahu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) regional ofisinin rəhbəri Julien Lerissondan Qəzza zolağındakı girovları lazımi dərman və ərzaqla təmin etməyi xahiş edib.
Siyasətçinin sözlərinə görə, avqustun 3-də o, BQXK-nın nümayəndə heyətinin rəhbəri ilə danışıqlar aparıb və ondan vəziyyətə dərhal müdaxilə etməyi xahiş edib.
Baş nazir qeyd edib ki, HƏMAS-ın "aclıq" iddiası ilə bağlı bəyanatları fonunda girovlar həm fiziki, həm də psixoloji işgəncələrə məruz qalır, həmçinin sistematik olaraq aclıqdan əziyyət çəkirlər.
Bundan əlavə, Netanyahu dünya ictimaiyyətini HƏMAS və Fələstinin “İslami Cihad” qruplaşmasının hərəkətlərini pisləməyə və bu təşkilatlara hər hansı formada birbaşa və ya dolayı dəstəyi dayandırmağa çağırıb.
Əziz Mustafa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 04 Avqust 2025 12:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















