Netanyahu bu ölkəni “diplomatik müharibə”də ittiham etdi: “Nəticələri olacaq”
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
İsrailin baş naziri Benyamin Netanyahu İspaniyanı ölkəsinə qarşı “diplomatik müharibə” aparmaqda ittiham edərək sərt açıqlamalar verib. O, İspaniyanın İsrail ordusuna böhtan atdığını iddia edərək, “bunun nəticələri olacaq” deyə bildirib.
Moderator.az Türkiyə mediasına istinadla xəbər verir ki, Netanyahu sosial mediada paylaşdığı mesajda “İspaniya dünyanın ən əxlaqlı ordusunun əsgərləri olan qəhrəmanlarımıza böhtan atdı” ifadəsini işlədib. O, Madrid hökumətinin beynəlxalq səviyyədə İsrail əleyhinə mövqe tutduğunu və bu addımlara cavab verəcəklərini vurğulayıb.
Məlumata görə, Qəzza müharibəsi fonunda iki ölkə arasında aylardır davam edən gərginlik daha da artıb. İspaniyanın baş naziri Pedro Sançez hökuməti İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatları kəskin tənqid edib və Avropa İttifaqını İsraillə bağlanmış razılaşmalara yenidən baxmağa çağırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:196
Bu xəbər 10 Aprel 2026 20:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















