Netanyahu əmr etdi: Hücum edin
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müdafiə naziri İsrail Katz ilə birlikdə İsrail Müdafiə Qüvvələrinə (SAXAL) Yəməndə husilərin strateji hədəflərinə hücum əmri verdiyini və bu hücumun "sonuncu olmadığını" bildirib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, baş nazir Knessetdə (parlamentdə) çıxışı zamanı müvafiq açıqlama verib.
"Son günlərdə müdafiə naziri ilə birlikdə SAXAL-a strateji husi hədəflərinə dəqiq zərbələr endirmək göstərişi verdik. Husilərin istifadə etdiyi əhəmiyyətli terror aktivlərini məhv etdik. Bu, ilk və sonuncu hücum deyil", - Netanyahu deyib.
Netanyahunun sözlərinə görə, İsrail çox sadə bir prinsip formalaşdırıb:
"Kim İsrailə zərər vurmağa çalışırsa, bunun müqabilində qətiyyətli güc ilə zərər görür. İsrail çəkindirici gücünü artırır, düşmənlərinə zərbələr endirir və İranın terrorçu proksilərini bir-bir məhv edir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 23 Dekabr 2024 23:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















