Icma.az
close
up
RU
Netanyahu həbs edilməlidir: Sərt tələb QOYULDU

Netanyahu həbs edilməlidir: Sərt tələb QOYULDU

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Beynəlxalq insan hüquqları təşkilatı “Amnesty International” bəyanatla çıxış edərək, İsrailin Baş naziri Benyamin Netanyahunun rəsmi səfərlə ölkədə olmasına baxmayaraq, Macarıstan hakimiyyətini onu həbs etməyə çağırıb.

Lent.az-ın İsrail mediasına istinadla məlumatına görə, hüquq müdafiəçiləri vurğulayırlar ki, Budapeştin Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxmaq qərarına baxmayaraq, Macarıstan hələ də hüquqi baxımdan Haaqa ilə əməkdaşlıq etməyə və ötən il verilmiş həbs orderini yerinə yetirməyə borcludur.

“Amnesty” təşkilatının baş katibi Anyes Kallamar xatırladıb ki, Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasından çıxma prosesi vaxt tələb edir və Macarıstan hələ bir il ərzində rəsmi olaraq Roma Statutunun iştirakçısı olaraq qalacaq. “Bu o deməkdir ki, ölkənin beynəlxalq ədalət qarşısında, o cümlədən məhkəmə tərəfindən axtarışa verilmiş şəxslərin təhvil verilməsi ilə bağlı hüquqi öhdəlikləri hələ də qüvvədədir,” – deyə Kallamar bildirib. O, həmçinin baş nazir Viktor Orbanın hərəkətlərini “məsuliyyətdən yayınmaq üçün həyasız cəhd” adlandırıb.

“Amnesty” təşkilatı Macarıstanın Beynəlxalq Cinayət Məhkəməsinin tərkibindən çıxmasını kəskin şəkildə pisləyib və bu qərarı qlobal ədalət mexanizmlərini sarsıtmağa yönəlmiş siyasi motivli addım adlandırıb. Təşkilat Budapeştdən təkcə hüquqi normalara əməl etməyi deyil, həm də ciddi hərbi cinayətlərə dair şübhələrlə bağlı məsələdə prinsipial mövqe nümayiş etdirməyi tələb edir.

Xatırladaq ki, ötən ilin sonunda Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan İsrailin Baş naziri Benyamin Netanyahu və digər yüksək vəzifəli israilli rəsmilər barəsində həbs orderlərinin verildiyini elan edib. İsrail və ABŞ rəhbərliyi bu qərarı sərt şəkildə pisləsə də, Roma Statutunu imzalayan bir sıra ölkələr, o cümlədən Avropa İttifaqı dövlətləri, nəzəri cəhətdən axtarışda olan şəxslər onların ərazisində olduqda həmin orderləri yerinə yetirməyə borcludurlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://lent.az
archiveBu xəbər 05 Aprel 2025 19:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see349

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see271

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see225

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see220

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see215

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see214

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see210

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see210

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see199

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see198

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see197

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see189

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see184

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see181

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see179

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see171

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri