Netanyahu: HƏMAS ı tərksilah etmək girovların qaytarılmasından sonra növbəti addımdır
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 15 oktyabr, AZƏRTAC
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, Fələstinin HƏMAS hərəkatının tərksilah edilməsi girovların qaytarılmasından sonra sülh prosesində növbəti mühüm mərhələ olacaq.
AZƏRTAC xəbər verir ki, Netanyahu bu sözləri CBS telekanalına müsahibəsində deyib. O vurğulayıb ki, ilk növbədə HƏMAS silahlarını yerə qoymalı, ikinci olaraq isə Qəzzada silah istehsalı müəssisələrinin olmamasına əmin olunmalıdır. Baş nazir əlavə edib ki, Qəzzaya heç bir silahın qaçaqmalçılıq yolu ilə gətirilməsinə imkan verilməməlidir və bu tədbirlər demilitarizasiya məqsədi daşıyır.
Netanyahu HƏMAS bu şərtləri yerinə yetirməzsə, “əsl xaosun başlayacağını” bildirib. O həmçinin ümid etdiyini, bunun baş verməyəcəyini və məsələnin sülh yolu ilə həll oluna biləcəyini qeyd edib.
Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp da HƏMAS arsenallarından əl çəkməzsə, Amerika tərəfinin hərəkatı tərksilah etmək vəzifəsini öz üzərinə götürə biləcəyini bəyan etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 15 Oktyabr 2025 09:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















