Netanyahu Hizbullah ilə atəşkəsi şərti olaraq təsdiqləyib YENİLƏNİB
Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.
İsrailin baş naziri Benyamin Netanyahu “Hizbullah”la atəşkəs razılaşmasını şərti olaraq təsdiqləyib.
"Unikal" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
"İsrail hələ də bazar ertəsi Livan hökumətinə təhvil verilməsi gözlənilən razılaşmanın bəzi detallarına şübhə edir", - KİV yazıb.
CNN-in mənbələri bildirirlər ki, bu razılaşma bütün məsələlər həll olunmayana qədər yekun olmayacaq.
Müqavilə İsrail Nazirlər Kabineti tərəfindən də təsdiqlənməlidir.
***09:57
İsrail Livanda atəşkəs razılaşmasını şərti olaraq təsdiqləyib.
"Unikal" xəbər verir ki, bu barədə "Ynet" nəşri bir sıra mənbələrə istinadən məlumat yayıb.
İsrailin “Hizbullah” şiə hərəkatı ilə müqavilə layihəsi İsrail ordusunun Livanın cənubunu tərk etməli olduğu 60 günlük keçid dövrünü nəzərdə tutur. Bundan sonra Livan ordusunun sərhədə yaxın ərazilərə yerləşdiriləcəyi, "Hizbullah"ın isə ağır silahlarını Litani çayının şimalına daşıyacağı gözlənilir. Təşəbbüsün həyata keçirilməsinə nəzarəti ABŞ-nin rəhbərlik etdiyi komitə həyata keçirməli olacaq.
Gülayə Mecid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 25 Noyabr 2024 17:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















