Icma.az
close
up
RU
Netanyahu hökumətinin taleyi Qəzza danışıqlarının ikinci mərhələsindən asılıdır

Netanyahu hökumətinin taleyi Qəzza danışıqlarının ikinci mərhələsindən asılıdır

Operativ MM saytına istinadən Icma.az xəbər verir.

İsrailin baş naziri Benyamin Netanyahunun hökuməti Fələstinin HƏMAS hərəkatı ilə danışıqların ikinci mərhələsinin nəticəsindən birbaşa asılı vəziyyətə düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" Britaniyanın “Financial Times” qəzetinə istinadən xəbər verir ki, razılaşmanın bu mərhələsində baş verə biləcək fikir ayrılıqları hakim koalisiyanın dağılmasına gətirib çıxara bilər.

“Qəzza razılaşmasının ikinci mərhələsinin təfərrüatları həlledici olacaq. Bu, hökumətin süqutuna səbəb ola bilər”, – nəşr keçmiş hökumət mənbəsindən sitat gətirir.

Qəzet yazır ki, HƏMAS döyüşçülərinin tərksilahı və Qəzza zolağında idarəetmə modelinin müəyyənləşdirilməsi yeni siyasi böhran ehtimalını artırır. İsrailli politoloq Tal Şnayder qeyd edib ki, hazırda razılaşmadan doğan eyforiya hökm sürsə də, “çətinliklər indi başlayır”.

Netanyahu iki dövlətli həll modelinə qarşı çıxır, lakin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə olunan atəşkəs Vaşinqtonda daha geniş regional nizamlamaya ümid yaradıb. “Financial Times” yazır ki, Trampın Netanyahunu “müharibə dövrünün ən böyük liderlərindən biri” adlandırması baş nazirə ictimai dəstək qazandırsa da, onun siyasi mövqeyini asanlaşdırmır.

Bazar ertəsi Şarm əl-Şeyxdə keçirilən “sülh sammitində” Misir prezidenti Əbdülfəttah əs-Sisi, Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Tani, ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzza zolağında yekun atəşkəs sazişini imzalayıblar.

Sammit iştirakçıları həmçinin Trampın Qəzza münaqişəsinin həlli planının növbəti mərhələlərinin – idarəetmə, infrastrukturun bərpası və siyasi nizamlanmanın – həyata keçirilməsinə çağırıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 14 Oktyabr 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see360

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see342

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see312

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see310

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see301

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see292

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see281

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see276

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see266

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see254

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see245

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see238

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see233

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see231

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see230

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see229

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see227

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see213

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri