Netanyahu ilə danışıldı, İran üçün yer müəyyənləşdi 3 ölkədən ortaq QƏRAR
GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb. Vens Netanyahu ilə ABŞ və İran arasında danışıqlara başlamaq cəhdlərini müzakirə edib.
Bundan əlavə, ABŞ və İran nümayəndələrinin Pakistanın paytaxtı İslamabadda bir araya gələcəyi də iddia olunur.
Globalinfo.az-a danışan siyasi şərhçi Fizuli Qurbanov deyib ki, Yaxın Şərqdən başlayaraq Çinə qədər uzanan geniş geosiyasi məkanda münaqişələrin dinamikasına nəzər saldıqda, hazırda İran–İsrail–ABŞ üçbucağında baş verən qarşıdurmanın qısa müddətdə bitməsi real görünmür:
“Bu ölkələr arasında hərbi toqquşmalar bir müddət davam edəcək. Eyni zamanda, dünya dövlətlərinin təzyiqləri nəticəsində danışıqların başlanması da mümkündür. Lakin danışıqlar yolu ilə yaxın zamanda konkret nəticə əldə etmək çətin görünür. Bütün hallarda münaqişənin hərbi mərhələdən danışıqlar mərhələsinə keçməsi arzuolunandır. Çünki qlobal miqyasda enerji böhranı riski artır və bu, sosial-iqtisadi, eləcə də informasiya böhranına səbəb ola bilər.
Füzuli Qurbanov
Hazırda iki güc arasında hərbi qarşıdurma davam edir. Bu cür müzakirələrin təşkili və danışıqların başlanması nəticəsiz qala bilər. Çünki tərəflər arasında ortaq məxrəcə gəlmək üçün zəmin yoxdur və kəskin ziddiyyətlər açıq şəkildə özünü göstərir. ABŞ ilə İsrail İranın nüvə potensialını məhv etməyə və siyasi hakimiyyəti dəyişməyə çalışır. İran isə buna qəti şəkildə qarşıdır. Pəhləvilərin və ya başqa bir fiqurun hakimiyyətə gətirilməsi də real görünmür.
Hesab edirəm ki, İran sona qədər müqavimət göstərəcək. Region ölkələri isə ümumilikdə sülhün tərəfdarıdır. Məsələn, Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər bu baxımdan nümunə göstərilə bilər. Hazırda münaqişədə qeyri-müəyyənlik davam edir. Bu səbəbdən danışıqlar perspektivi hələlik inandırıcı görünmür və baş tutsa belə, nəticə verməyə bilər”.
Turan Rzayev
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 24 Mart 2026 14:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















