Netanyahu İranla razılaşma üçün dörd şərt irəli sürüb
Oxumeni.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İsrailin Baş naziri Binyamin Netanyahu bildirib ki, İranla hər hansı potensial razılaşma təkcə İsrailin deyil, həm də ABŞ-ın və bütün dünyanın təhlükəsizliyini təmin edən sərt tələblərə cavab verməlidir. Oxuməni.az xəbər verir ki, bu barədə yerli "Makor Riçon" qəzeti məlumat yayıb.
"Əgər biz razılaşma əldə etmək istəyiriksə, bu, bir sıra əsas elementləri – təkcə İsrailin deyil, həm də ABŞ-ın, regionun və bütün dünyanın təhlükəsizliyi üçün həyati əhəmiyyətli hesab etdiyimiz elementləri əhatə etməlidir", – cənab Netanyahu deyib ("Makor Riçon"a istinadən-red.).
İsrailin Baş nazirinin irəli sürdüyü ilk şərt İranın bütün zənginləşdirilmiş uranını ölkədən çıxarması olub. İkinci şərt zənginləşdirmə avadanlıqları və infrastrukturunun tamamilə sökülməsidir. Üçüncü şərt raket proqramına aiddir: Tehran Raket Texnologiyalarına Nəzarət Rejiminin (RTNR) 300 km-lik məhdudiyyətinə əməl etməlidir. Dördüncü bənd isə cənab Netanyahunun sözlərinə görə, "ciddi şəkildə zədələnmiş", lakin bərpa olunmağa davam edən "terror oxu"nun sökülməsi tələbi olub.
Daha əvvəl CBS News xəbər vermişdi ki, ABŞ prezidenti Donald Tramp Binyamin Netanyahunu danışıqlar uğursuz olarsa, İsrailin İranın raket obyektlərinə zərbələrini dəstəkləyəcəyinə söz verib.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 16 Fevral 2026 12:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















