Netanyahu: İsrail bütün Qəzza zolağına nəzarəti ələ keçirmək niyyətindədir
Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.
Bizimyol.info xəbər verir ki, İsrailin baş naziri, bu barədə Qəzzada başlanmış genişmiqyaslı "Gideon Arabaları" əməliyyatı ilə bağlı şərh verərkən bildirib. O, hərbi əməliyyatların hədəflərinin dəyişmədiyini – radikal Fələstin hərəkatı HƏMAS-ı məğlub etmək və Qəzzada əsir alınan israilli əsirləri azad etmək olduğunu vurğulayıb.
Eyni zamanda, Netanyahu qeyd edib ki, yaxın zamanda İsrail ABŞ-la birgə Qəzza sakinlərinə humanitar yardımın çatdırılmasını təmin etmək üçün paylama məntəqələri şəbəkəsi quracaq, həmçinin HƏMAS tərəfdarlarının bu yardımı oğurlamalarının qarşısını alacaq.
"Bu, HƏMAS-ın məhv edilməsi və bizim güclü hərbi təzyiqimiz, demək olar ki, bütün Qəzzanı nəzarətə almaq və HƏMAS-ın humanitar yardımı oğurlama imkanıdan məhrum edilməsi ilə bağlı hərbi plandır və qələbə planıdır," – deyə Netanyahu bildirib. Baş nazirin çıxışının video qeydini özünün rəsmi Telegram kanalında yerləşdirib.
Qəzza Zolağında əməliyyatların növbəti mərhələləri ilə bağlı suala cavab verərkən, baş nazir israilli hərbçilərin "böyük, intensiv və güclü fəaliyyət" göstərdiyini qeyd edib. "Biz bütün ərazi üzərində nəzarəti təmin edəcəyik. Bu, bizim məqsədimizdir," – deyə o, əlavə edib.
Mayın 18-də İsrail ordusu Qəzza Zolağının şimal və cənub bölgələrində "Gideon Arabaları" əməliyyatı çərçivəsində genişmiqyaslı yerüstü əməliyyatın başladığını elan edib. Əməliyyatda beş diviziya iştirak edir.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 19 May 2025 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















