Netanyahu İsrailin Livanda ancaq terrorçuları hədəf aldığını BİLDİRDİ
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Livanı xilas etmək üçün “Hizbullah” silahsızlaşdırılmalı və ölkə hərbsizləşdirilməlidir.
Redaktor.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu CNBC telekanalına müsahibəsində deyib.
“Əgər Livanı xilas etmək və Livan-İsrail sülhünə nail olmaq istəyiriksə — mən bunu istəyirəm — biz “Hizbullah”ı silahsızlaşdırmalı və Livanı hərbsizləşdirməliyik”, - Baş nazir vurğulayıb.
O qeyd edib ki, bu məsələ ilə bağlı ABŞ Prezidenti Donald Trampla eyni mövqeni bölüşür: “Bu, Trampın və mənim paylaşdığımız məqsəddir”.
Netanyahu “Hizbullah” və HAMAS-ın hədəfinin İsrail olduğunu bildirib: “Bu soyqırımı törədən terrorçuların Livanı ələ keçirməsinə və həmin ölkədən İsrailə qarşı istifadə etməsinə imkan vermək olmaz. HAMAS bizə hücum etdiyi, mülki şəxslərimizi öldürdüyü, kişilərimizi qətlə yetirdiyi və qadınlarımızı zorladığı kimi, onlar da Livandan İsrailə hücum etməyə çalışırlar. Heç bir ölkə bunu qəbul etməz”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 03 İyun 2026 19:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















