Icma.az
close
up
RU
“Netanyahu İsrailin təhlükəsizliyinə uzunmüddətli zərbə vurdu...” Liberman...

“Netanyahu İsrailin təhlükəsizliyinə uzunmüddətli zərbə vurdu...” Liberman...

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Mən hələ 2001-ci ildə demişdim ki, İranı bombalamalıyıq, onun nüvə proqramına zərbə vurmalıyıq...”

“Netanyahu üçün Trampın dəstəyi İsraildəki hüquqi problemləri və Haaqa məsələsini həll etmək baxımından xüsusi əhəmiyyət daşıyır və buna görə də baş nazir Trampın tələblərinə çox vaxt “amin” deyir...”

Bakı ilə bağlılığı olan, sovet dövründə Bakıda yaşamış yəhudi siyasətçi, “Bizim Evimiz İsrail” partiyasının lideri Aviqdor Liberman İsrailin baş naziri postuna iddiasını gizlətmir və Benyamin Netanyahu ilə heç bir şərtlə koalisiya qurmayacağını bildirir.

Liberman bu barədə Newsru.co.il-a müsahibəsində İsrailin 7 oktyabr 2023-cü il hücumundan sonra apardığı müharibəni, Netanyahunun qərarlarını, ABŞ-İsrail-İran müharibəsini və İsrail rəhbərliyinin yol verdiyini düşündüyü səhvləri geniş şəkildə dəyərləndirib.

Moderator.az müsahibənin ən maraqlı məqamlarının tərcüməsinin qısa xülasəsini təqdim edir:

Libermanın sözlərinə görə, 7 oktyabr faciəsi ilə bağlı həm kollektiv, həm də şəxsi məsuliyyət daşıyır, lakin o, təhlükə barədə əvvəlcədən konkret xəbərdarlıq edən yeganə siyasətçi olduğunu iddia edir.

O bildirir ki, 2016-cı il dekabrın 21-də 11 səhifəlik sənəd hazırlayaraq “HƏMAS”-ın silahlı qüvvələrinin İsrail ərazisinə daxil olacağı, yaşayış məntəqələrini ələ keçirəcəyi və girov götürəcəyi barədə xəbərdarlıq edib.

Libermanın sözlərinə görə, sənəd o vaxtkı baş nazir Netanyahuya, Baş Qərargah rəisi Qadi Ayzenkota və hərbi kəşfiyyat rəhbəri Herzi Haleviyə təqdim olunub, lakin onun xəbərdarlıqları nəzərə alınmayıb.

O həmçinin 2001-ci ildən İrandan gələn nüvə təhlükəsi barədə xəbərdarlıq etdiyini, Tehran rəhbərliyinin nüvə proqramını yeraltı obyektlərə keçirəcəyini və ballistik raketlər hazırlayacağını söyləyib: “Mən hələ 2001-ci ildə demişdim ki, İranı bombalamalıyıq, onun nüvə proqramına zərbə vurmalıyıq...”

Libermanın ən sərt ittihamlarından biri isə Netanyahunun “HƏMAS”-la bağlı siyasətinə aiddir.

O bildirir ki, 2018-ci ildə müdafiə naziri vəzifəsindən istefa verməzdən əvvəl Qəzzaya qabaqlayıcı zərbə endirilməsini tələb edib, Netanyahu isə “HƏMAS”-la atəşkəs və Qətərin Qəzzaya pul göndərməsi siyasətinə üstünlük verib.

Liberman bunu “yaxın perspektivdə sakitliyi almaq, uzunmüddətli perspektivdə isə İsrailin təhlükəsizliyinə zərbə vurmaq” kimi qiymətləndirib.

Onun sözlərinə görə, müdafiə naziri olduğu dövrdə “HƏMAS” rəhbərliyinin tamamilə məhv edilməsini nəzərdə tutan “Musiqili stullar” əməliyyatı hazırlanmışdı, lakin Netanyahu buna qarşı çıxmışdı.

Liberman iddia edir ki, başqa bir plan “HƏMAS”-ın Qəzzadakı hakimiyyətinin 45 gün ərzində aradan qaldırılmasını nəzərdə tuturdu, lakin bu plan da həyata keçirilməyib.

7 oktyabr hücumunun səhəri baş verənləri xatırladan Liberman Baş Qərargahın günün saat 16:00-dək hücumun real miqyasını tam anlamadığını iddia edir.

O hesab edir ki, müharibənin əsas məqsədi “HƏMAS”-ın tərksilah edilməsi, girovların azad olunması və bundan sonra təşkilata qarşı həlledici zərbənin endirilməsi olmalı idi.

Liberman Netanyahu hökumətini müharibəni nəticəsiz uzatmaqda ittiham edir və bildirir ki, İsrailin hazırda İran, husilər, “Hizbullah”, “HƏMAS”, Suriya və İordan çayının qərb sahili daxil olmaqla altı açıq cəbhəsi var.

Onun fikrincə, üç il ərzində heç bir cəbhənin tam bağlanmaması İsrail rəhbərliyinin strateji qərar qəbul etmək qabiliyyətinin ciddi problemdən əziyyət çəkdiyini göstərir.

ABŞ–İsrail–İran müharibəsi haqda...

Müsahibənin ən diqqətçəkən hissələrindən biri ABŞ və İsrailin İrana qarşı müharibəsi ilə bağlıdır.

Liberman iddia edir ki, İranla qarşıdurmanın ilk mərhələsində İsrail təyyarələri artıq Tehran üzərində olduğu halda, Donald Trampın Netanyahuya telefon zəngindən sonra təyyarələr geri çağırılıb.

Onun sözlərinə görə, Netanyahu əvvəllər – xüsusilə Klinton və Obama administrasiyaları dövründə – ABŞ prezidentlərinin təzyiqinə daha sərt müqavimət göstərirdi, lakin indi Trampdan siyasi asılı vəziyyətə düşüb.

Libermanın iddiasına görə, Netanyahu üçün Trampın dəstəyi İsraildəki hüquqi problemləri və Haaqa məsələsini həll etmək baxımından xüsusi əhəmiyyət daşıyır və buna görə də baş nazir Trampın tələblərinə çox vaxt “amin” deyir.

Bu iddia İsrailin hazırkı İran siyasəti ilə bağlı daha geniş müzakirə fonunda səslənir: Netanyahu son aylarda ABŞ və İsrailin zərbələrinin İranın nüvə proqramını illərlə geri atdığını, lakin Tehranın zədələnmiş imkanlarını bərpa edə biləcəyini bildirib.

Liberman isə İsrailin İran qarşısında “həlledici qələbə” əldə etməli olduğunu müdafiə edir; o, bu mövqeyi daha əvvəl də açıq şəkildə ifadə edib.

Onun fikrincə, İsrailin əsas problemi yalnız İranın nüvə proqramı deyil, müharibələrin nəticəsiz şəkildə uzadılmasıdır.

Liberman Netanyahuya qarşı şəxsi mövqeyinin son dərəcə sərt olduğunu bildirərək, baş nazirin 7 oktyabr hadisələrinə görə əsas siyasi məsuliyyəti daşıdığını, lakin bunu qəbul etmədiyini deyir.

O, hətta Netanyahu ilə gələcəkdə baş nazir postlarının dəyişdirilməsi halında belə əl sıxmayacağını və onunla şəxsi görüş keçirməyə ehtiyac görmədiyini bildirib.

Libermanın sözlərinə görə, Netanyahunun ən böyük səhvi təhlükəsizlik təhdidlərini vaxtında görməməsi deyil, onları gördükdən sonra da strateji baxımdan yarımçıq qərarlar qəbul etməsidir.

O, həmçinin Netanyahu hökumətinin “HƏMAS”-la müharibə, İran təhlükəsi və digər cəbhələr üzrə vahid və uzunmüddətli strategiya formalaşdıra bilmədiyini düşünür.

Liberman İsrailin gələcək hökuməti üçün 6 əsas şərt irəli sürür: bütün vətəndaşlar üçün hərbi xidmət qanunu, 7 oktyabr hadisələrini araşdıracaq dövlət komissiyası, Konstitusiyanın hazırlanması, baş nazirlik müddətinin iki kadensiya ilə məhdudlaşdırılması, məktəblərdə fundamental fənlərin tədrisi və yeni müdafiə konsepsiyasının hazırlanması.

O, Netanyahu olmadan “Likud”la koalisiya variantını mümkün saysa da, Netanyahunun özünün daxil olduğu hökumətdə iştirak etməyəcəyini qəti şəkildə bildirir.

Libermanın siyasi hədəfi isə açıq şəkildə baş nazirlikdir. O, müsahibədə digər namizədlərdən daha çox bu vəzifəyə hazır olduğunu düşündüyünü və ölkəni hazırkı siyasi dalandan çıxarmaq şansının yüksək olduğuna inandığını bildirib.

Lakin onun qarşısında ciddi rəqabət var: 2026-cı il seçkilərində Libermanla yanaşı keçmiş baş nazir Naftali Bennett və keçmiş Baş Qərargah rəisi Qadi Ayzenkot da əsas alternativlər sırasında göstərilir. “Reuters”-in siyasi təhlilinə görə, Liberman müxalifətin baş nazirliyə namizədi kimi özünü irəli sürməyə çalışan üç əsas fiqurdan biridir, lakin hazırda onun şansları Bennett və Ayzenkotla müqayisədə daha mürəkkəb görünür.

Bununla belə, Liberman Netanyahu olmadan yenilənmiş “Likud”la əməkdaşlığı mümkün sayır, Netanyahu ilə isə heç bir hökumətə daxil olmayacağını bildirir. Onun siyasi hesablamasına görə, əsas məqsəd əvvəlcə Netanyahu hökumətini dəyişmək, daha sonra isə özünü ölkəyə rəhbərlik edə biləcək alternativ lider kimi təqdim etməkdir. May ayında Libermanın özü də qarşıdakı seçkidə məqsədinin baş nazir olmaq olduğunu açıq şəkildə bəyan etmişdi...

Qeyd:

Müsahibədə səsləndirilən Netanyahu, Tramp və müharibə ilə bağlı bir sıra fikirlər Libermanın şəxsi siyasi qiymətləndirmələridir və onların hamısını təsdiqlənmiş fakt kimi təqdim etmək olmaz. Bununla belə, onun İsrailin İran və “HƏMAS” siyasətinə dair tənqidləri, xüsusən də Netanyahu hökumətinin qərarverməsi və ABŞ-dan asılılığı barədə iddiaları müsahibənin ən diqqətçəkən siyasi məqamlarını təşkil edir.

Sultan Laçın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://moderator.az
archiveBu xəbər 18 Avqust 2026 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri