Icma.az
close
up
RU
Netanyahu Livanla atəşkəsə niyə əməl etmək istəmir?

Netanyahu Livanla atəşkəsə niyə əməl etmək istəmir?

Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Netanyahu Livanla atəşkəsə niyə əməl etmək istəmir? 

İsrailin Livanla bağlı yeni planı 

AzPost bildirir ki, İsrail ordusunun Livanı tərk etməkdən imtina etməsi Livanda gərginliyə səbəb olub. Qeyd edək ki, ötən il noyabrın 27-də imzalanmış atəşkəs razılaşmasına əsasən İsrail ordusu 2 ay ərzində Livan ərazisini tərk etməli, Hizbullah Litani çayından şimala çəkilməli və onun yerinə Livan ordusu yerləşməli idi.

Ancaq yanvarın 27-də vaxt tamam olsa da, İsrail Livan hökumətinin atəşkəs şərtlərinə əməl etmədiyini bəhanə edərək Livandan çıxmayacağını elan edib. ABŞ isə İsrail qüvvələrinin Livanı tərk etməsi üçün müddətini 3 həftə, yəni fevralın 18-dək uzadıldığını elan edib.

İsrail ordu qüvvələrinin Livanda qalma müddətinin 18 fevrala qədər uzadılması yerli əhali arasında narahatlıqla qarşılanıb.

Livanın cənubundakı yerli sakinlər Livan ordusu əsgərləri ilə birlikdə qəsəbələrə qayıtmağa çalışıb. Atəşkəs müddəti tamam olduqdan sonrakı iki gündə evlərinə qayıtmaq istəyən 22 nəfər yerli sakin müxtəlif vaxtlarda İsrail ordusu tərəfindən öldürülüb. İsrail hökuməti isə bəyan edib ki, livanlıların yalnız ordunun icazə verdiyi qəsəbə və kəndlərə daxil ola bilər.

Ümumilikdə İsrail və Hizbullah arasında atəşkəs xeyli dərəcədə kövrək olub, ötən 2 ay ərzində İsrail ordusu 1350 dəfə atəşkəsi pozub.

Hizbullah isə prosesin 3 həftə uzadılması qərarını qəbul etmir. Baş katib Şeyx Nəim Qasım bəyan edib ki, Hizbullah İsrail ordusunun Livanda qalma müddətini 18 fevrala qədər uzatması ilə bağlı heç bir şərti qəbul etmirlər.

Sitat: “60 günlük müddət bitdiyi üçün İsrail Livanı tərk etməlidir. Bu prosesin uzadılması ilə bağlı heç bir səbəbi qəbul etmirik”.

Lakin hazırda Hizbullahın İsraillə silahlı qarşıdurmaya girməsi real deyil. Digər tərəfdən, bölgəyə yerləşən Livan ərdusu bəzi yaşayış məntəqələrinə daxil olur. Ancaq İsrail ordu gücləri hazırda sərhəd xəttindəki yaşayış məntəqələrindəki evləri və sığınacaqları dağıdıtmaqla əhalinin qayıtmasına mane olur.

Qeyd edək ki, İsrail hökumətinin Livanı tərk etməkdən imtina etməsi Suriyada olduğu kimi, İsrailin Livanda da yeni ərazilər ələ keçirməsi ilə əlaqədardır. İsrail yaranmış şəraitdən istifadə edərək Livan-İsrail sərhədində Suriyada olduğu kimi “təhlükəsizlik zonası” yaratmaq istəyir. Livanın İsrailə müqavimət göstərəcək gücünün olmaması, Trampın İsrailə açıq dəstəyi Netanyahu hökumətini cəsarətləndirir.

Benyamin Netanyahu anlayır ki, atəşkəsin bu şəkildə uzadılması Hizbullah və yerli əhali tərəfindən qəbul olunmayacaq, etirazlar, hətta silahlı qarşıdurmalar mümkündür. Bu isə İsrailə Livanda qalmaq üçün əsas vermiş olacaq. Əlbəttə, indiki mərhələdə İsrail hakimiyyəti həm də Trampın reaksiyasını yoxlamağa çalışır. Əgər ABŞ prezidenti dəstələsə o zaman İsrail Livanı tərk etməyəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://azpost.info
archiveBu xəbər 04 Fevral 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see533

Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ: 12 il sonra HƏBS OLUNDU

29 Avqust 2026 15:33see325

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see299

Vüqar Biləcəri kimdir? Sonuncu zəngində onun adını çəkərək ağlayıb

29 Avqust 2026 23:34see286

İsrail Livanın cənubuna hücum edib

29 Avqust 2026 18:33see277

Günel Zeynalovanın başına iş gəldi Ayağı zədələndi

29 Avqust 2026 17:15see270

Süni intellekt bumu dünya iqtisadiyyatını ayaqda saxlayır WSJ

29 Avqust 2026 11:23see267

Kökü qədim, gələcəyi parlaq: Türk dünyasının iki bədəndə bir can

29 Avqust 2026 15:21see264

ABŞ da mədəaltı vəzi xərçənginə qarşı inqilabi dərman təsdiqlənib

29 Avqust 2026 11:26see262

Qazaxıstan və Özbəkistanda Azərbaycanın turizm təqdimatı

29 Avqust 2026 16:03see254

Neft kəşfiyyatçılarımızın “Üstyurt” axtarışları

29 Avqust 2026 16:05see241

Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı FOTO

30 Avqust 2026 01:13see240

Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir YENİLƏNİB

29 Avqust 2026 23:13see237

Məşhur reper Bakıya gəlir

30 Avqust 2026 01:52see234

7 ayda qeyri neft ixracı 18,3 faiz artıb

29 Avqust 2026 16:03see232

ABB xarici maliyyə bazarlarında mövqeyini gücləndirir

29 Avqust 2026 13:39see231

Azərbaycanın yeni milyardlıq planı: 2030 cu il üçün BÖYÜK HƏDƏF

29 Avqust 2026 21:13see229

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see227

Azərbaycan əsilli türk məşhurlar Siyahıda görün kimlər var (Fotolar)

30 Avqust 2026 06:06see214

İqtisadiyyat İnstitutunun baş direktoru Gürcüstanda beynəlxalq elmi konfransda çıxış edib

29 Avqust 2026 14:37see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri