Icma.az
close
up
RU
Netanyahu Merts görüşü Qəzza ilə bağlı nə vəd edir?

Netanyahu Merts görüşü Qəzza ilə bağlı nə vəd edir?

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrailin Baş naziri Benyamin Netanyahu ilə Almaniya Kansleri Fridrix Merts arasında Qüdsdə görüş keçirilib. Görüşdə Almaniya Kansleri rəsmi Berlinin Fələstinin dövlət statusunun tanınmasına hələ hazır olmadığını vurğulayıb. O qeyd edib ki, Fələstin hazırda müstəqil dövlət kimi qəbul olunması üçün lazım olan əsas tələbləri yerinə yetirməyib. Almaniya Kansleri bu açıqlama ilə hansı mesajı verir?

“Xalq Cəbhəsi” mövzunu millət vəkilləri, siyasi ekspertlərə araşdırıb.

Milli Məclisin deputatı Azər Allahverənov deyib ki, İsrail-Fələstin münaqişəsi kimi digər müxtəlif münaqişələrə münasibətdə Almaniya diplomatiyasının əsas mövqeyi ondan ibarətdir ki, tərəflər bir növ razılığa gəlməlidirlə: “Sülh müqaviləsi imzalanmalıdır, bundan sonra da müstəqilliyin tanımı və digər hadisələr baş verə bilər. Yəni biz burada Almaniya tərəfdən belə bir yanaşmanı açıq-qabarıq şəkildə görmüş oluruq. Eyni zamanda, burada tarixən bir nüans da həm də Almaniya-İsrail münasibətlərindən qaynaqlanır. Çünki Almaniya hökuməti İsrail ilə tərəfdaş qismində çıxış edir və ola bilər ki, bundan da narahat olsunlar ki, Fələstini tanıdığı halda bu da İsrail-Almaniya münasibətlərinə mənfi təsir edəcək”.

“Almaniya neytral mövqeyin sərgilənməsinə səbəb olur”

Deputat əlavə edib ki, real olaraq yenə də burada Almaniyanın mövqeyi bilavasitə İsrail və Fələstin arasında son razılığın əldə olunmasına ziyan gətirməyəcək bir siyasətin yürüdülməsi ilə bağlıdır: “Çünki Almaniya hesab edir ki, əgər Fələstini tanımış olarsa, bu, həm də aparılan hazırki sülh danışıqlarına da mənfi təsir edə bilər, nəinki İsrail-Almaniya münasibətlərinə. Ona görə də burada Almaniya hökuməti ən azından Fridrix Merts Kansleri səviyyəsində məsələyə bu səpkidə münasibət bəsləmiş olur. Bir də burada əsas nüans onunla bağlıdır ki, BMT-nin Baş Assambleyasında Fələstinlə bağlı aparılacaq hansısa bir təşəbbüslər və ya müzakirələr olacaqsa, orada da Almaniya iştirakdan ehtiyat edir. Çünki sadaladığım bu iki əsas səbəbi Almaniyanın bu məsələyə neytral bir mövqeyi kimi də deyə bilərik. Yəni Almaniya neytral bir mövqeyin sərgilənməsinə səbəb olur. Amma istənilən halda Avropanın digər ölkələri, böyük dövlətləri Fransa, Böyük Britaniya, son zamanlar İspaniyada daha çox tanınmaq mövqeyini və bundan irəli gələn proseslərdə İsraili bir qədər də tənqid etmək elementlərinin qabarıq şəkildə sərgiləndiyini görürük ki, Almaniya bu müstəvidə onların mövqelərini qəti surətdə bölüşmür”.

“ABŞ İsrailin ən yaxın müttəfiqidir”

Politoloq Elçin Xalidbəyli söyləyib ki, Almaniya son vaxtlara qədər Fransa və Böyük Britaniya, eləcə də Avropa Birliyinin bəzi dövlətləri ilə Qəzza probleminin iki dövlət prinsipi ilə həllinə dəstək verirdi: “Hətta Netanyahu hakimiyyətini Qəzzada zorakılıq törətməkdə suçluyurdu. Yəni Almaniyanın mövqeyi İsraili ittiham edən dövlətlərin mövqeyi ilə böyük ölçüdə üst-üstə düşürdü. Ancaq son vaxtlar belə çıxır ki, Almaniyanın mövqeyində kifayət qədər ciddi, həm də kəskin dönüş yaranıb. Çünki Almaniya artıq müstəqil Fələstin dövlətini tanımaq niyyətində olmadığını bəyan edir. Bunun bir sıra səbəbləri ola bilər. Yəhudi lobbisinin təsirləri özünü göstərmiş ola bilər. Eyni zamanda, burada önəmli olan məqam ondan ibarətdir ki, hazırda ABŞ və Avropa Birliyi arasında olduqca kəskin ciddiyyətlər mövcuddur. ABŞ Avropa Birliyi ölkələrinə sərt şəkildə təzyiqlər göstərir. Ola bilər ki, bu məsələ də təsir göstərsin. Çünki ABŞ İsrailin ən yaxın müttəfiqidir. ABŞ İsrailin Yaxın Şərqdəki fəaliyyətini tam şəkildə dəstəkləyir. Üstəlik, İsrail Qəzza bölgəsində, ümumiyyətlə, Yaxın Şərq bölgəsində attığı bütün addımları ABŞ ilə razılaşdırır. ABŞ də iki dövlət prinsipinə qarşı çıxır və Fələstin dövlətinin yaradılmasını istəmir”.

“Burada ABŞ faktoru rol oynamış ola bilər”

O əlavə edib ki, ola bilər ki, Almaniya indiki məqamda ABŞ ilə münasibətlərini kəskinləşdirmək istəmədiyinə görə Fələstin dövlətini tanımayacağını bildirir və İsrail ilə yaxın münasibətlər qurmaq niyyətinə düşüb: “Yəni burada ABŞ faktoru müəyyən mənada rol oynamış ola bilər. ABŞ ilə ziddiyyətlərdən yayınmaq niyyətində olan rəsmi Berlin indi ABŞ-nin mövqeyinə paralellik təşkil edən mövqedən çıxış edərək Fələstin dövlətini tanımaqdan imtina etdiyini biruzə verir”.

“Bu, Netanyahu hökumətini daha məsuliyyətli olmağa vadar edir”

Siyasi şərhçi Zeynal Əmrəliyev bu görüşün İsrail üçün yaxşı bir nəticə vəd etdiyini deyib: “Çünki bu günə qədər Avropa ölkələri İsraili Qəzza məsələsində bir qədər çıxdaş edirdilər. Yəni İsrailə qarşı sərt siyasət vardı. Ancaq Almaniya ilk dəfə olaraq bu siyasəti müəyyən qədər yumşaltdı və İsrail hökuməti ilə məsələlər barəsində danışıqlar apardı. Əslində, normal olan məhz budur. Əgər Avropa ölkələri həqiqətən də Fələstini dəstəkləmək istəyirsə, İsrail ilə danışıqları bərpa etməlidir. Yəqin ki, təmaslar artacaq və bu, əslində, Netanyahu hökumətini daha məsuliyyətli olmağa vadar edir. Çünki Qəzzadakı müharibədən sonra ilk dəfə olaraq İsrailin dünyaya qapısı açılıb, yəni Avropa ölkələri ilə əlaqəsi yenidən bərpa olunub. Mertsin açıqlamasından görünür ki, burada əsas məqsəd İordan çayının sahillərinin ilhaqının qarşısını almaqdır və Almaniyanın Federal Kansleri də açıq şəkildə bəyan etdi ki, heç bir halda İsrail İordan çayının sahillərini ilhaq edə bilməz, yəni bu siyasəti dayandırmalıdır. Ehtimal ki, İsrail bu məsələlərə bir müddət ara verəcək”.

“İsrail öz siyasətini Fələstin üzərində davam etdirəcək”

Z.Əmrəliyev bildirib ki, bundan əvvəl də ABŞ Prezidenti Donald Tramp İsrailin İordan çayının sahillərini ilhaq etmək siyasətini təxirə salmalıdır demişdi: “Ehtimal ki, bu məsələyə bir qədər ara verəcəklər. Ancaq burada bir məsələ var ki, İsrail hökuməti istənilən halda öz siyasətini Fələstin üzərində davam etdirəcək. Bunu Netanyahu hökuməti açıq-aşkar bəyan edib ki, istənilən halda bu siyasi xətti davam etdirəcəklər. Düşünürəm ki, sadəcə olaraq müəyyən qədər fasilə olacaq. Lakin daha sonra bu siyasət davam etdiriləcək”.

“Fələstin dövlәtinin tanınması dövlәtlәr üçün yükümlülükdür”

Siyasi ekspert Anar Əli qeyd edib ki, Netanyahu ilә görüşmәsindә Merts "iki dövlәtli çözümdən" bәhs etsә dә Fələstin dövlәtinin hazırkı beynәlxalq situasiyada tanınmasının mümkün olmayacağını, bunun ancaq sülh müzakirәlәrinin “başında deyil, sonunda" ola bilәcәyini deyib: “Multimilyaner Kansler bu açıqlamasıyla Fələstin dövlәtinin Almaniya tәrәfindәn tanınmasının bir şәrtә bağlı olduğunu vә bu şәrtlәrin dә İsrailin əlindә olduğunu açıq bir şəkildə etiraf edib. Çünki Fələstin dövlәtinin tanınmasını hәr hansı bir şәrtә bağlamaq nә beynәlxalq hüquqa, nә dә əxlaqa uyğun bir siyasәtdir. Tam tәrsinә, Fələstin dövlәtinin tanınması mәsәlәnin bütün yönlәri baxımından dövlәtlәr üçün yükümlülükdür. Son 2 ildә Fələstin torpaqlarında yaşananlar fələstinlilәr üçün dövlәtin nә qәdәr önәmli olduğunu bütün bәşәriyyәtә bir daha göstәrib”.

“Bunun tarixi vә siyasi bir çox sәbәbi var”

O qeyd edib ki, Almaniyanın İkinci Dünya müharibәsindәn bu yana İsraili qorumaq vә dәstәklәmәk siyasәti bu beynәlxalq yükümlülükdәn qaçmaqla paralellik təşkil edir: “Qәzzada 2 ildәn çoxdur davam edәn sistematik qәtliam siyasәti Almaniya hökuməti tәrәfindәn dәstәklәndi vә bu müddәt әrzindә İsrail Almaniya tәrәfindәn özәl bir rәftar gördü. Almaniyanın Fələstin dövlәtini tanımamasının vә radikal bir şəkildə İsraili dәstәklәmәsinin tarixi vә siyasi bir çox sәbәbi var. İlk olaraq İkinci Dünya müharibәsindә Nazi Rejiminin Yəhudi xalqına yönәlik soyqırımı Almaniyanı bugünkü İsrail siyasәtinә mәcbur qoyur. İsrail lobbisinin Almaniyadakı gücü bu tarixi travmanı hәr zaman ön planda tutur vә Almaniyaya soyqırım keçmişini xatırladaraq bunun bәdәlini artıqlamasıyla alır. Bu bәdәlin qarşılığı olaraq da "İsrailin qorunması" Almaniyanın öncәlikli xarici siyasәt mәsәlәlәrindәn biri olur”.

“ABŞ-yə bağlı siyasәt Almaniyanın xarici siyasәtindә İsrail dәstәyinin sәbәbidir”

Ekspert əlavə edib ki, digәr bir sәbәb İkinci Dünya müharibәsindәn sonra Almaniya vә ABŞ arasındakı münasibәtlәrin asimmetrik şəkildə Almaniya əleyhinә qurulması oldu: “Xarici siyasәt vә tәhlükәsizlik mәsәlәlәrindә ABŞ-yə bağlı siyasәt Almaniyanın xarici siyasәtindә İsrail dәstәyinin bir digәr sәbәbidir. İsrail lobbisinin xarici siyasәt üzәrindә ən güclü tәsirinin olduğu ABŞ ilә münasibәtlәrini pisləşdirmәk istәmәyәn Almaniya, İsraili hәr platformada dәstәklәyәrәk anti-fələstin ritorikasını xarici siyasətinin ayrılmaz parçasına dönüşdürüb. Almaniyanın Fələstin dövlәtinin tanınmasını şәrtә bağlayan qeyri-etik siyasәtinin arxasında bu tarixi vә siyasi sәbәblәr dayanır. Merts iki dövlәtli çözümün şәrtlә bağlı olduğunu deyərək, әslindә, “bir gün İsrail Fələstin dövlәtini tanısa Almaniya da tanıyacaq” demәk istәyir. Bunun da mümkün olmayacağını bilirik”

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 10 Dekabr 2025 23:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see330

Fizioterapiya ilə bağlı vacib məqamlar Səhiyyə Nazirliyinin mütəxəssisi açıqladı

31 Avqust 2026 11:56see313

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see281

Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? KONKRET

31 Avqust 2026 12:56see261

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see241

Bu dərman saç tökülməsinə qarşı EFFEKTLİDİR

31 Avqust 2026 13:39see238

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see235

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see233

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see232

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see225

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see219

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see217

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see216

Düyü, kartof və makaronu soyuq yeyin İZAH

31 Avqust 2026 16:39see199

Gecə 1 dən gec yatanlarda infarkt riski artır

31 Avqust 2026 16:17see194

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see190

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see189

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see185

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see185

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri