Netanyahu ölkənin paytaxtına hücum əmri verdi
Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.
İsrailin Baş naziri Benyamin Netanyahu İranın dəstəklədiyi Hizbullaha qarşı əməliyyatlar çərçivəsində Livanın paytaxtı Beyrutun cənubundakı hədəflərə hücum əmri verib.
Turkustan.az xəbər verir ki, o bildirib: "Mən orduya Livanda quru əməliyyatlarını genişləndirməyi tapşırdım".
Aprel ayında İsrail və Hizbullah arasında atəşkəs elan edilməsinə baxmayaraq İsrail ordusu təxminən 900 illik Bofort qalasını və Livanın cənubundakı strateji əhəmiyyətli bir silsilənin ələ keçirildiyini açıqladı.
Hərbi rəsmilər əməliyyatın Hizbullahın bölgədəki hərbi infrastrukturunu zəiflətmək və təşkilatın əməliyyat bölgələrini nəzarət altına almaq məqsədi daşıdığını bildiriblər.
İsrailin müdafiə naziri Yisrael Katz bildirib ki, Fort Beaufort İsrailin Livanın cənubundakı təhlükəsizlik zonasının bir hissəsi kimi saxlanılacaq.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 01 İyun 2026 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















